Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 11Дек

    EP6A9252Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev və Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev qaziləri evlərində ziyarət ediblər. Rəsmilər döyüşdən qayıdan Heydərov Emin Şirəli oğlu, Məmmədov Süleyman İlqar oğlu, İrzayev Zöhrab Arzu oğlu və Əhmədov Arzu Cəmil oğluna baş çəkiblər.
    Onlar qazilərlə söhbət edib, səhhətləri və müalicələri ilə maraqlanıblar. Döyüşlərlə bağlı öz təsüratlarını bölüşən qazilər, keçdikləri şərəfli döyüş yolundan danışıblar. Qeyd edilib ki, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi sayəsində düşmən üzərində qələbə qazana bildi.

    Bildirilib ki, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçıları daim diqqətdə olacaq, onlar hər zaman dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər.

    Qazilər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:43

İsmarıclar bağlıdır.