Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 11Дек

    16075171035855028172 1000x669Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edir. KİVDF-dən bildiriblər ki, Fondun Müşahidə Şurasının iclasında fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi ilə bağlı qərar qəbul olunub.

    “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılmasına dair müddəalarının yerinə yetirilməsi məqsədilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi 14 mövzu üzrə elan edilir.

    Müsabiqədə kütləvi informasiya vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən bütün jurnalistlər iştirak edə bilərlər.

    Elanda göstərilən mövzuların hər biri üzrə 3 əsas mükafatçı müəyyən ediləcək. Müsabiqədə hər mövzu üzrə birinci yer üçün 1000 manat, ikinci yer üçün 700 manat, üçüncü yer üçün 500 manat məbləğində birdəfəlik pul mükafatı müəyyənləşdirilib. Elanda göstərilən mövzular üzrə mükafatının məbləği 300 manat olan əlavə həvəsləndirici yer (yerlər) nəzərdə tutula bilər.

    Sənəd qəbulu 2020-ci il 9 dekabr tarixindən başlanır və 2020-ci il 16 dekabr tarixində saat 12:00-da bitir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:10

İsmarıclar bağlıdır.