Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 23Дек

    1556201912 MekveehaliMüharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar iki qrupa bölünürlər: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik təyin olunanlar.

    Müharibə ilə əlaqədar əlillik təyinatı üçün tələb olunan sənədlər xəstəlik haqqında şəhadətnamə və göndərişdir (forma 88). Xəstəliyin, yaralanmanın və zədənin yuxarıdakı səbəblərdən biri ilə əlaqəsini təsbit edən xəstəlik haqqında şəhadətnamə hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir.

    Daha sonra şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilməklə, öncəki sənəd əsasında göndəriş elektron qaydada rəsmiləşdirilir.  

    Xəstəlik haqqında şəhadətnamənin alınması üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və ya şəxsin xidmət keçdiyi orqandan asılı olaraq digər hərbi həkim komissiyalarına müraciət edilməlidir. Göndəriş (forma 88) isə şəxsin qeydiyyatda olduğu və yaxud xidmət keçdiyi qurumun tibb müəssisəsi tərəfindən rəsmiləşdirilir. Yuxarıda qeyd olunan sənədlər elektron qaydada ƏƏSMN-ə təqdim edilir və Nazirlik tərəfindən qiymətləndirmə və təyinat aparılır.

    Pensiya və müavinət üzrə sosial təminat hüququ əlillik dərəcəsi müəyyən olunduğu, Azərbaycan Respublikası Prezidentinin təqaüdü üzrə isə əlillik səbəbi müəyyən edildiyi gündən yaranır.

    Məlumat üçün bildirək ki, müharibə ilə əlaqədar əlillik statusuolanlar aşağıdakı imtiyazlara sahibdirlər:

    • Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun olaraq “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 8 800, 6 600 və 4 400 manat məbləğində birdəfəlik sığorta ödənişi həyata keçirilir.
    • Əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun olaraq ƏƏSMN tərəfindən hər ay 250, 230 və 210 manat məbləğində, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə isə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
    • I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə hər bir halda, II və III dərəcə isə hüququ olduqda əlilliyə görə pensiya təyin edilir.  
    • Əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda isə II dərəcə əlilliyi olanlara 130, III dərəcə əlilliyi olanlara isə 110 manat məbləğində müavinət ödənilir (hər ay).  

    Bunlarla yanaşı müharibə ilə əlaqədar əlillik statusu olan şəslər dövlət tərəfindən mənzil və avtomobillə təmin edilirlər.

    01.01.2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış ARƏBM ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi ƏƏSMN tərəfindən, bu tarixdən sonra olanlar isə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.  

    Müharibə əlillərinə minik avtomobilləri əlillik göstəricisi hərəkət etmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırdığı təqdirdə təqdim olunur.

    Əlilliyi müəyyən edilmiş şəxslər həmçinin, ƏƏSMN tərəfindən tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər.

    Sözügedən şəxslərin əlil arabası da daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı p rotezlər ƏƏSMN tərəfindən təmin edilir. Bununla yanaşı onlar – ƏƏSMN-nin ölkə üzrə reabilitasiya və bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursu keçirlər.

    Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, habelə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad olunurlar.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:31

İsmarıclar bağlıdır.