Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Мар
    Azərbaycan regional və beynəlxalq aləmdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır

    Azərbaycanın yerləşdiyi geosiya məkan əlverişli olmaqla yanaşı, həm də dünyanın supergüclərinin barışmaz maraqlarının kəsişdiyi bir regiondur. Bu səbəbdən də dövlətin həyata keçirdiyi xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yerini tutması üçün olduqca vacibdir.

    Azərbaycanın milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasəti mövcuddur.

    Beynəlxalq aləmə uğurlu inteqrasiyanın həyati vacib əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. İştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması Azərbaycanın imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib. Bu gün Azərbaycan əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanır və bərabərhüquqlu tərəfdaş kimi qəbul edilir. Çünki Azərbaycan üzərinə düşən bütün öhtəlikləri qətiyyətlə yerinə yetirir, sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində də əməkdaşlıqda özünü doğruldur.

    Azərbaycan Respublikası müasir beynəlxalq təhlükəsizlik sisteminin dayağı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursunu reallaşdırmaqdadır. Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsiplərindən biri bu siyasətin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi, beynəlxalq münasibətlər sistemindəki real vəziyyəti təhlil edərək əvvəlcədən müəyyənləşdirilmiş addımların atılmasıdır. İstər regionda, istərsə də kənarda yerləşən bütün dövlətlərlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi, regionda və ümumilikdə beynəlxalq arenada dinc-yanaşı mövcud olmanı daim təbliğetmə də Azərbaycan dövlətinin xarici siyasətinin vacib prinsiplərindəndir.

    Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan möhkəmlənərək, Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib və ölkəmiz bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:43

İsmarıclar bağlıdır.