Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 24Мар

    1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıqdırÖzündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etdirilməsi müəyyən çətinliklər hesabına başa gəlib. Xalqımızın bir çox ləyaqətli övladı ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canından keçib. Təəssüflə qeyd etməliyik ki, müstəqilliyimizin əldən verilməsi üçün yalnız xaricdən yox, daxildən də canfəşanlıq edənlər olub. Bu baxımdan 1995-ci ilin 13-17 mart tarixləri arasında baş verən hadisələri xatırlamaq kifayətdir.

    1995-ci ilin mart ayının 13-nə keçən gecə Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Ağstafa və Qazax rayonunda yerləşən bölmələəri tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilərək dövlət əleyhinə faktiki qiyam baş verir. Martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən qiyam yatırılır. Martın 16-sı və 17-də isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərilsə də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə alır və qiyam yatırdılır.

    Uzaq olmayan tarixi hadisələrə nəzər saldıqda görürük ki, “XTPD”-yə dəfələrlə DİN-in daxilində qeydiyyatdan keçmək və bu qurumun tabeçiliyinə verilməsi təklif olunur. Lakin “OMON”-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəlirlər. Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını bəyan edir, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirlər.

    Dövlət çevrilişinə cəhd edən qeyri — qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə qərarlı idi. Bununla belə qalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Rövşən Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri də heç bir nəticə vermir.

    15 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət edir. Bununla yanaşı ümummili lider müdriklik göstərərək, qiyamçıları çirkin oyunlardan çəkindirməyə çalışır. Lakin təəssüflər olsun ki, Rövşən Cavadovun rəhbərliyi ilə qiyamçılar tutduqları əməldən əl çəkmirlər. Bununla belə, Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmasının qarşısını alır.

    Xalqımızın tarixinə qara ləkə kimi düşən 1995-ci ilin mart hadisələri Azərbaycanın dövlətçiliyinə, onun müstəqilliyinə qarşı yönəlmiş bir qəsd idi. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Sözügedən hadisələrdən illər keçib, lakin yaddan çıxmır, unudulmur. Çünki xalq Vətənin bütövlüyünə, onun müstəqilliyini xələl gətirmək istəyənlərin adlarını heç vaxt unutmur və unutmamalıdır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 19:50

İsmarıclar bağlıdır.