Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 30Мар

    16169294783696445984 1000x669Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olub.

    Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xidmətin kollegiya üzvləri, İdarənin şəxsi heyəti və , şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılmış abidəsinin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

    Sonra Gəncə şəhər idarəsi üçün müasir üslubda inşa edilmiş yeni inzibati və yaşayış binalarından, eləcə də təsərrüfat təyinatlı tikililərdən ibarət kompleksin açılış mərasimi keçirilib. Tədbir iştirakçıları inzibati binanın foyesində müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoyublar. Həmçinin Xidmət rəisi və digər iştirakçılar Ümummilli Liderin və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini və Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərlə, inzibati binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış olublar.

    DTX-nin kollegiya üzvlərinin, Gəncə şəhər idarəsinin və digər ərazi orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir və günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad edib, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazıb.

    Dövlətimizin başçısı tərəfindən xüsusi xidmət orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev DTX Gəncə şəhər idarəsinin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının növbəti bariz göstəricisi olduğunu qeyd edib. Xidmət rəisi əməkdaşların əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

    Xidməti müşavirədə DTX Gəncə şəhər idarəsinin və ətraf rayon şöbələrinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub, tələb və tövsiyələr çatdırılıb. Sonra xidmətdə fərqlənən əməkdaşların mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri elan olunub və hərbi qulluqçulara təltiflər təqdim edilib.

    Sonda general-polkovnik Əli Nağıyev şəhər idarəsinin əməkdaşlarını təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

    Yaşar NƏBİYEV

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:40

İsmarıclar bağlıdır.