Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 30Мар
    Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıbGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərlə görüşüb. Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI sinif şagirdi Rəsul Əliyev və M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov şəhər rəhbəri tərəfindən mükafatlandırılıblar.

    Niyazi Bayramov sagirdlərlə söhbət edərək, onları qazandıqları nailiyyətlərə görə təbrik edib. O bildirib ki, Azərbaycanın gələcəyi məhz belə istedadlı, bilikli gənclərin əllərindədir. Şəhər rəhbəri gənclərlə iştirak etdikləri yerli və beynəlxalq fənn olimpiadaları, müxtəlif müsabiqələrlə bağlı söhbət edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşün sonunda şagirdlərə planşet hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

     

    Şagirdlər öz növbələrində onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
    Qeyd edək ki, Rəsul Əliyev 2017-ci ildə keçirilən Məktəblərarası I Robot Olimpiadasında III yerə layiq görülüb. 2018-ci ildə “Sabahın Alimləri” VII Respublika Müsabiqəsinin finalçısı olub, Məktəblərarası II Robot Olimpiadasında “Line follower” və “Lego sumo” kateqoriyaları üzrə II yerə, II Dünya Robot Olimpiadasının Seçim Turunda isə VII yerə layiq görülüb. O, həmçinin 2019-cu ildə ABŞ-da keçirilən “Genius Olympiad”da IV yerə layiq görülüb. 2020-ci ildə “Hach the Northeast”, “Def Hacks Virtual” və “OSU SF Bay Area Hackathon” müsabiqələrində final mərhələsinə yüksəlib. Rəsul Əliyev uzaqdan idarə edilə bilən “Hashimov” robotunun ixtiraçısıdır.
    Əziz Hüseynov isə 2016-2017-ci, 2017-2018-ci və 2018-2019-cu tədris illərində Respublika fənn olimpiadalarında informatika fənnindən qızıl medala layiq görülüb. 2018-ci ildə ABŞ-da keçirilən “Genius olympiad” robot yarışında qızıl medala, 2019-cu ildə “EJOİ Avropa yeniyetmələrin informatika üzrə olimpiada”sında gümüş medala, həmin ildə “İATİ” – Bolqarıstanda keçirilən olimpiadada gümüş medal qazanıb. O, 2020-ci ildə “XVI Beynəlxalq Jautikov Olimpiadası”nda (İZhO)” bürünc medala, “Beynəlxalq Asiya Pasifik İnformatika”da (APİO) bürünc medala, “Beynəlxalq İnformatika Olimpiadasında” (İOİ) bürünc medala, İnformatika fənni üzrə “XII Payız Turniri”ndə (İATİ) bürünc medala layiq görülüb. 2021-ci ildə isə Əziz Hüseynov “XVII Beynəlxalq Jautikov Olimpiadası”nda bürünc medala sahib olub. Əziz hazırda, informatika fənni üzrə Respublika fənn olimpiadasının final mərhələsinin iştirakçısıdır.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 08:42

İsmarıclar bağlıdır.