Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 02Апр
    168518341 3658370290878497 944364513207323341 N

    Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan tədbirdə Baş İdarə rəisi Həmid Nəsirov, «Gəncə Vətən Müharibəsində» kitabının müəllifi Ruhulla Zahidov, Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev və Vətən Müharibəsində qəhrəmancasına döyüşən idmançılar iştirak ediblər.

    Baş İdarənin rəisi Həmid Nəsirov tədbirdə çıxış edərək Gəncənin 44 günlük Vətən Müharibəsi dövründə əzm göstərməsi və Gəncənin vətənpərvər idmançı oğullarından söz açmış, bu müharibədə qələbənin əsas memarı cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanıldığını qeyd edib.

    «Gəncə Vətən Müharibəsində» kitabının müəllifi Ruhulla Zahidov çıxış edərək göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
    Qeyd edək ki, bu kitabda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən qazi idmançıları ziyarət etmələri barədə məlumatlar da yer alıb.
    Eyni zamanda tədbirin sonunda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo üzrə məşqçi müəllimi Cavad Nəhmədov Vətən müharibəsində göstərdiyi yüksək vətənpərvərliyinə görə Baş İdarə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilib. 
    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 17:59

İsmarıclar bağlıdır.