Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 09Апр

    171078261 4002179616541630 3353414963050239085 N (1)Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “Eko” kulubu ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər həmçinin müxtəlif ixtisaslardan olan tələbələrin bu sahəyə olan marağının artırılması məqsədilə silsilə tədbirlərə start verib.

    Bu məqsədlə ilk tədbir Universitetin Tədris-təcrübə təsərrüfatında Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının dosenti Məşədi Hüseynov ilə birlikdə həyata keçirilib. “Eko” kulubun könüllüləri ilə birlikdə əkin sahələrinə baxış keçirilib, qiymətləndirmələr aparılıb.

    Məşədi Hüseynov tələbələrə yaz qabağı əkinlərdə həyata keçirilən torpağın şumlanma prosesi, torpağın əkinə hazırlanması və bu zaman diqqət edilməli məqamlara aydınlıq gətirib.

    Qeyd edək ki, “Eko” kulubun yaradılmasının məqsədi, dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyini diqqətə çatdırmaqdır.

    Səbuhi HACIYEV

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:14

İsmarıclar bağlıdır.