Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 09Апр
    1617939437612319826 1000x669

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Aprelin 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ali təhsil müəssisəsinin əməkdaşları və kursantlar üçün “Dəyərsizlik, yetərsizlik, özgüvən, mükəmməllilik, başqasından asılı olmaq və digər psixoloji xəstəliklər” mövzusunda seminar keçirilib.

    Seminarda akademiya rəisinin müavini polkovnik İlham Babaşov, fakültə və bölmə rəisləri və türkiyəli psixoloq Səlcuq Dəmirbaş iştirak edib.

    Seminarda çıxış edən akademiyanın rəis müavini polkovnik İlham Babaşov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm qətiyyəti, sarsılmaz iradəsi, Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad olunub. Bu müharibədə qardaş Türkiyə Azərbaycana ən yüksək səviyyədə mənəvi-siyasi dəstək verib. Rəis müavini gənc nəslin, o cümlədən kursantların vətənpərvərlik ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinin vacibliyini qeyd edib.

    Psixoloq Səlcuq Dəmirbaş həmin mövzuda çıxış edib və seminar iştirakçılarının suallarını cavablandırıb.

    Sonra mövzuya dair müzakirələr aparılıb.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:22

İsmarıclar bağlıdır.