Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,878
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 14Апр

    03b76cdb 2337 43c1 A2fc 03b170fec645Gəncədə COVİD-19 infeksiyası ilə mübarizədə, eləcə də Vətən müharibəsi dövründə səmərəli əmək fəaliyyətinə görə özəl tibb müəssisələrinin bir qrup işçisi mükafatlandırılıblar. Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan tədbirdə Vətən müharibəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, pandemiya, habelə 44 günlük Vətən müharibəsi dövründə, o cümlədən Gəncənin raket atəşinə tutulması zamanı yaralanan şəxslərin müalicəsində fədakarlıq göstərdiklərinə görə tibb işçilərinə təşəkkür edib.

    O bildirib ki, Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində bu gün ölkə səhiyyəsi öz inkişaf dövrünü yaşayır. Niyazi Bayramov gecə və gündüz yorulmadan çalışan şərəfli peşə sahiblərinə bu yolda uğurlar arzulayıb.

    Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxışında özəl xəstəxanaların  vaksinasiya prosesində fəal iştirakını vurğulayıb və işlərində müvəffəqiyyət diləyib.

    Gəncə Müalicə Diaqnostika Mərkəzinin baş direktoru Rövşən Veysov göstərilən diqqətə görə ölkə başçısına və şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

    Sonda Niyazi Bayramov tərəfindən təltif olunanlara “Təşəkkürnamə”lər təqdim olunub.

    Fərruxə UMAROVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:35

İsmarıclar bağlıdır.