Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 20Апр

    175934343 2842291829434047 9090120467421851783 NGəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Nizami Məqbərəsi ərazisində, Nizami Gəncəvi muzeyinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibəti ilə mövcud karantin rejimi qaydalarına uyğun olaraq tədbir keçirilib.

    Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Cumalik Rəhimov və digər mədəniyyət işçiləri əvvəlcə dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, şairin məzarı üzərinə tər qərənfillər düzüblər. 

    Sonra tədbir iştirakçıları Nizami Gəncəvi Muzeyinin qarşısına gələrək burada təşkil olunmuş sərgi ilə tanış olublar. 
    Sərgidə Gəncə şəhər Uşaq Rəssamlıq məktəbinin, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin tarixi abidələri əks etdirən rəsm əsərləri, eləcə də Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri, dekorativ tətbiqi sənət ustası Məhbubə Həsənovanın, gəncəli səbət toxuma ustası Vilayət Qurbanov müxtəlif ölçüdə toxuduğu səbət nümunələri, gənc həvəskar rəssam Salman Uğurluyevin rəsm əsərləri sərgilənib.
    Sərgidə gəncəli Elcan Yolçuoğlunun dünyanın bir çox ölkələrinin nadir, antik nümuzmatika və boniistika (pul vahidləri) nümayiş etdirilib.
    Tədbirdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “GöyGöl” Dövlət Mahnı və Rəqs ansamblının muğam üçlüyü çıxıı hər kəsin zövqünə oxşayıb. “Göygöl” ansamblının bədii rəhbəri Sahil Quliyevin (tar), kamançaçı Ayaxan Məmişovun müşayəti ilə solist Xəyal Əliyev Nizami Gəncəvinin qəzəlini ifa edib. 
    Qeyd edək ki, 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş tədbir yerli və respublika TV-ləri tərəfindən nümayiş üçün lentə alınıb.
    Sevda Abbasova
    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:19

İsmarıclar bağlıdır.