Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,878
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 20Апр

    FB IMG 161884654118318 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi gənclərin Gədəbəy rayonuna ekskursiyasını təşkil edib. Kəpəz dağçılıq klubunun dəstəyi ilə həyata keçirilən ekskursiyanın məqsədi yerli əhəmiyyətli qədim tarixi abidələrimizin gənclər arasında tanıdılması və ölkəmizin turizm potensialının dünyada daha geniş formada təbliği olub.

    Gədəbəy rayonuna səyahət səfəri zamanı Poladlı kəndində «Həmişəvəng» qədim alban monastrına, Miskinli kəndində  Almanlar tərəfindən XIX əsrdə dağ mədən sənayesi məqsədilə tikilmiş «Qanlı körpüyə» və Düzyurd kəndindəki, təqribən 2000 metr hündürlükdə yerləşən məşhur və qədim «Koroğlu» qalası ziyarət edilib.

    Tarixi abidələrə ekskursiya da (Hiking) Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlviz Gülməmmədov iştirak edərək gəncləri  müşaiyət ediblər.

    Səbuhu Sabiroğlu

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:46

İsmarıclar bağlıdır.