Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,878
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Апр

    E2026837 4243 34a0 Bae8 Da4889dcde75 850İşğaldan azad edilən ərazilərdə olan dövlət təbiət qoruğu və dövlət təbiət yasaqlığının sayı açıqlanıb.

    Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda mühafizə olunan ümumilikdə 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.

    Nazir müavini deyib ki, işğaldan azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu — Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu var:

    «Həmçinin işğaldan azad edilən ərazilərdə 4 dövlət təbiət yasaqlığımız — Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlığı var. Bunların ümumi sahəsi 43 min hektardır.

    Laçın və Qubadlı ərazisindəki yasaqlıqlar ən böyükləridir. Onların ərazisinin hər biri 20 min hektardır. Arazboyu dövlət təbiət yasaqlığı 2200 hektar, Daşaltı dövlət təbiət yasaqlığı 450 hektardır. Bəsitçay dövlət təbiət yasaqlığı 107 hektar, Qaragöl dövlət təbiət qoruğu isə 240 hektar əraziyə malikdir».

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:39

İsmarıclar bağlıdır.