Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,761
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 28Апр

    1619454003422Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin əməkdaşları tərəfindən abadlıq işləri çərçivəsində avtobus dayanacaqlarında və ətraf səkilərdə təmizlik işləri davam etdirilir.

    Bu gün təmizlik işləri Heydər Əliyev prospektində və Mirzə Abbas Abbaszadə küçəsində aparılıb. Dayanacaqlar, ətraf səkilər, çəpərlər, köşklər, işıq dirəkləri və reklam lövhələri yuyularaq təmizlənib. Bu işlərə MKTİB-nin əməkdaşları və texnikası cəlb olunub.
    Bir neçə gündür ki, şəhərin bəzi ərazilərinin mövcud olan narahat yollarında asfaltsalınma işləri gedir. Artıq asfaltsalınma işləri şəhərin mərkəzi prospekt və küçələri ilə yanaşı ara küçələrində də davam edir.

    Beləliklə bu gün Əli Nəzmi küçəsi və bu küçəni Nəriman Nərimanov prospekti ilə birləşdirən ara küçələri asfaltlanıb. Eləcə də Atatürk prospektində mövcud olan nahamar yol ərazilırinə asfalt örtüyü salınıb. Anoloji işlər şəhərin digər ərazilərində də görülür.
    İşlərin gedişatı ilə maraqlanan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, eləcə də, MKTİB-nin rəis müavinləri İlqar Əsədov və Naqif İbişov həmin ərazilərdə olublar.
    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 13:47

İsmarıclar bağlıdır.