Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,878
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Май

    181499988 373970950599975 1738316099926760482 NGəncədə Diyanət İşləri Türk İslam Birliyinin təşkilatçılığı ilə Almaniyada yaşayan türk vətəndaşları tərəfindən aztəminatlı ailələrə ərzaq və digər zəruri tələbat malları paylanılıb. Yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin və Türkiyənin Gəncədəki Baş Konsulluğunun dəstəyi ilə gerçəkləşib.

    Konsulluqda reallaşan tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Türkiyə Səfirliyinin Din Xidmətləri Müşafirliyinin Bakı ofisinin rəhbəri Zeki Yavuzyılmaz, Gəncə Şəhər İcra Hakimiyyətinin, “CAVAD XAN” Tarix və Mədəniyyət Fondunun, Qeyri-Hökumət Təşkilatlarının, habelə dini qurumların nümayəndələri iştirak ediblər.

    Zeki Öztürk bildirib ki, Türkiyənin daim qardaş Azərbaycanın yanında olduğunu hiss etdirmək üçün, müqəddəs Ramazan ayında Gəncədə artıq sayca üçüncü ərzaq yardımı kampaniyası gerşəkləşdirilir. O qeyd edib ki, bu dəfə ərzaq yardımı Diyanət İşləri Türk İslam Birliyinin təşkilatçılığı ilə  Almaniyada yaşayan türk vətəndaşları tərəfindəndir. Onların göndərdikləri “Ramazan Yemək Bağlamaları” ilk növbədə şəhid və qazi ailələri daxil olmaqla, ümumilikdə 350 ehtiyyac sahiblərinə çatdırılacaqdır.

    Türkiyə Səfirliyinin Din Xidmətləri Müşafirliyinin Bakı ofisinin rəhbəri Zeki Yavuzyılmaz vurğulayıb ki, qürbət eldə yaşayan türk vətəndaşları Vətən müharibəsində qazandığı zəfər münasibətilə Azərbaycanı  təbrik edir və hədiyyə göndərib. Ərzaq bağlaması  ilə bərabər Vətən müharibəsində şəhid olanların ailələrinə, qazi və aztəminatlı şəxslərə Diyanət İşləri Başqanlığının nəşri olan “Qurani Kərim və  Məali” adlı kitablarda təqdim ediləcəkdir.

    Sonda tədbir iştirakçıları bu zərif təşəbbüsə görə, Almaniyada yaşayan türk qardaşlarımıza dərin təşəkkürlərini bildiriblər. 

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:59

İsmarıclar bağlıdır.