Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,878
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Май

    Hər kitabın işıq üzü görməsi onun müəllifinə sonsuz sevinc bəxş edir. Lakin yeni nəşr olunmuş «100 ilin işığında» kitabını ərsəyə gətirmək təkcə sevinc deyil, həm də boynumun borcu idi.

    2 iqtisadi formasiya yaşamış, 3 dəfə əlifba dəyişikliyinə məruz qalmış, 7 dəfə adı dəyişdirilmiş «Gəncənin səsi» mənim ilk və yəqin ki, son iş yerim olacaq. Təyinatla gəldiyim bu redaksiyada özümü tapdım, peşəkar jurnalist kimi tanındım, 6 kitabın müəllifi oldum. Ona da şahidəm ki, məndən əvvəlki (Allah rəhmət eləsin) redaktorlar müxtəlif illərin qəzetlərini toplu halda saxlamaq qayğısına qalıblar. Demək olar ki, redaksiyada tam olmasa da, bir arxiv yaranıb. Əlbəttə, 10 il bu qəzetin baş redaktoru kimi işlədiyim üçün mənim də üzərimə vəzifə düşdüyünü düşündüm.

    Beləliklə, arxivlərdə işləyərək qəzetin 7 adda çıxmış nümunələrini toplaya bildim. Dediyim kimi, 2 iqtisadi formasiya görmüş qəzetin bu gün üçün mühüm olanlarını toplamaq çətin olsa da, qeyri-mümkün deyildi. Odur ki, bizə lazım olanları – yəni, Gəncənin pillə-pillə böyüməsini gözlər önünə gətirməyi bacardıq.

    Kitabda Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə səfərlərinin illər üzrə xülasəsi verilmiş və rəngli fotoları dərc olunmuşdur.

    Qəzetin redaktorları haqqında, Gəncənin quruculuğu ilə bağlı yazılar oxucuya bu qədim və həmişəcavan şəhər haqqında müfəssəl məlumat verə bilər.

    Respublikanın ikinci böyük şəhəri olan Gəncə hər zaman dövlət nümayəndələrini, səfirləri, elm xadimlərini qonaqpərvərliklə qarşılayır. Kitabda onların Gəncə haqqında söylədikləri fikirlər də yer alıb.

    Qələm əhli yazdıqca, yaza bildikcə yaşayır. Demək yaşamağa dəyər. Elə bilirəm ki, «100 ilin işığında» kitabı gəncəlilərə ən böyük hədiyyə olacaq.

    Rəfiqə SADIQOVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 14:08

İsmarıclar bağlıdır.