Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Май

    1 1024x585İclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır. Rektor pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə universitetdə tədrisin təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparmış və bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar vermişdir.

    Sonra gündəlikdə duran məsələlərlə bağlı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədov “Microsoft Teams proqramı ilə onlayn dərslərin təşkili, qarşıya çıxan problemlər, onların həlli yolları, semestr imtahanlarına hazırlıq” , Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə “Doktorantura və dissertanturada mövcud vəziyyət.

    Qəbul prosesi, problemlər. Əcnəbi doktorant və tələbələrin sayının artırılması üçün görülən işlər” , İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov isə “İnnovasiyalar Departamentinin fəaliyyəti haqqında” məruzələrlə çıxış etmişlər.

    Rektor Yusif Yusibov məruzələrlə bağlı fikirləri dinləmiş, müvafik tapşırıqlar vermişdir. Elmi Şurada dinlənilən məruzələr qənaətbəxş hesab edilmişdir.

    Elmi Şurada diqqətə çatdırılmışdır ki, 10-danartıq mərkəz universitetin qazandığı beynəlxalq layihələr əsasında açılmış, Tədris Elektron Mərkəzinin əvəzinə Tədris Departamenti yaradılması, “2021-2025-ci il strateji inkişaf planı hazırlanması” , yeni ixtisasların açılması nəzərdə tutulmuşdur. Rektor pandemiya ilə əlaqədar aparılan vaksinasiyada universitet əməkdaşlarının iştirakının vacibliyini vurğulamışdır.

    Sonda cari məsələlər müzakirə edilmişdir.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:40

İsmarıclar bağlıdır.