Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,893
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 25Май

    Şəhər İcra Hakimiyyətində “Gəncənin səsi” qəzetinin Baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, Ali media mükafatları laureatı, “Tərəqqi” medallı yazıçı-jurnalist Rəfiqə Sadıqovanın müəllifi olduğu “100 ilin işığında” kitabının təqdimatı keçirilib. Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Regional Bölməsinin sədri Fuad Əliyev, Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, “Novosti Gyandi” qazetinin redaktoru İrina 

    Kalaşnikova, struktur, müəssisə, təşkilat rəhbərləri və şəhərin ziyalıları iştirak ediblər.

     

    Niyazi Bayramov çıxış edərək bildirib ki, kitab Gəncə Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Gəncənin səsi” qəzetinin 100 illik yubileyinə həsr olunub. Yeni nəşr sadəcə qəzetin deyil, eyni zamanda Gəncənin də bir əsrlik tarixinə işıq tutur.

    O qeyd edib ki,  “100 ilin işığında” kitabı ensiklopedik xarakter daşıyır və hər birimizin masaüstü kitabına çevriləcəkdir. Daha sonra icra başçısı Rəfiqə xanı

    mı həm Baş redaktoru olduğu “Gəncənin səsi” qəzetinin 100 illik yubileyi, həm də müəllifi olduğu “100 ilin işığında” kitabının nəşri münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb.

    Daha sonra Rəfiqə Sadıqova tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, 2 ictimai-siyasi formasiya görmüş 360 səhifədən və 5 fəsildən ibarət olan kitab “Gəncənin səsi” qazetinin bir əsrlik tarixini özündə əks etdirir. Gəncə kimi, qəzetin də adı ümumilikdə 7 dəfə dəyişdirilib. Qəzet 1920-ci ilin may ayının 5-də “Qırmızı Gəncə”, Zərbə” ,”Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti”, “Kirovabad kommunisti” və nəhayət 1990-cı il yanvarın 1-dən etibarən “Gəncənin səsi” adı ilə oxuculara təqdim olunub.

    Kitabda Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncə şəhərinə səfərlərinin illər üzrə xülasəsi verilmiş və bu səfərlərdən rəngli fotolar dərc olunmuşdur.

    Qəzetin redaktorları, Gəncənin quruculuğu ilə bağlı yazılar oxucuya bu qədim və həmişəcavan şəhər haqqında müfəssəl məlumat verə bilər.

    Respublikanın ikinci böyük şəhəri olan Gəncə hər zaman dövlət nümayəndələrini, səfirləri, elm xadimlərini qonaqpərvərliklə qarşılayır. Kitabda onların Gəncə haqqında söylədikləri fikirlər də yer alıb.

    Sonda Rəfiqə Sadıqova deyib: “100 yaş uluların yaşıdır. 100 yaş imtahandan şərəflə şıxanların yaşam pasportudur. 100 yaş özünütəsdiqin ən bariz nümunəsidir. 100 yaşlı “Gəncənin səsi” bu günə kimi keçən keşməkeşli fəaliyyət yolunun öhdəsindən şərəflə, qətiyyətlə, məsuliyyətlə gəlib və bu missiyasına daim sadiq qalacaqdır.  Hər zaman doğma Gəncəmizin şərəf salnaməsi funksiyasını bundan sonra da uğurla yerinə yetirəcək”.

    Çıxışının sonunda müəllif ölkədə yazılı mətbuata göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə öz minnətdarlığını bildirib.

    Tədbirdə çıxış edən akademik Fuad Əliyev professor Həsənbala Sadıqov, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova, dosent Asif Cavadov, «Novosti Qyandji» qəzetinin redaktoru İrina Kalaşnikova “Gəncənin səsi” qazetinin 100 illik tarixinə nəzər salıb, “100 ilin işığında” kitabını tarixi əhəmiyyətli əsər kimi dəyərləndiriblər.  Rəfiqə xanım Sadıqovaya öz təşəkkürlərini bildirərək, ona yaradıcılıq fəaliyyətində uğurlar diləyiblər.

    Sonda Rəfiqə Sadıqovaya “Gəncənin səsi” qazetinin 100 illik yubileyi münasibətilə Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə, İrina Kalaşnikovaya isə Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə şəhər İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.

    Bununla yanaşı, “Gəncənin səsi” və “Novosti Qyandji” qazetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə maddi köməklik göstərilib.

    «Gəncənin səsi»

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:50

İsmarıclar bağlıdır.