Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,893
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Июн
    Azərbaycan və Türkiyənin Baş prokurorlarının Gəncəyə səfəri başlayıb

    Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş prokuroru Kamran Əliyevlə birlikdə Gəncə şəhərinə səfəri başlayıb.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hər iki Baş prokuror ilk olaraq Gəncənin girişində yerləşən Nizami məqbərəsini ziyarət edirlər.

    Bəkir Şahin və Kamran Əliyev Nizami məqbərəsini ziyarət etdikdən sonra şəhərin mərkəzi meydanında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyacaqlar.

    Daha sonra Baş prokurorlar Vətən müharibəsi zamanı Ermənistan silahlı birləşmələrinin Gəncə şəhərini raket atəşinə tutduğu əraziyə gedəcəklər.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:37

İsmarıclar bağlıdır.