Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Июн

    “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən “Hədiyyə karvanı” layihəsi Gəncədə olan şəhid övladlarınıda sevindirib.

    Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılan layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin övladlarına dəstək olmaq, onların intelektual inkişafı üçün müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaqlar hədiyyə etmək, eləcə də idman geyim dəstləri paylamaqdır.

    Gəncənin Heydər Əliyev Park Kompleksində baş tutan görüşə şəhid ailələri ilə yanaşı, şəhər rəhbərliyi, millət vəkilləri, Türkiyənin Gəncədəki Baş konsulu, idarə və müəsisə rəhbərləri iştirak ediblər. İyunun 1-dən start götürən “Hədiyyə karvanı” layihəsi iyunun 13-dək digər şəhər və rayonlarda da icra olunacaq.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:52

İsmarıclar bağlıdır.