Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 03Июн
    “Zəngəzur dəhlizi Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənməsinə kömək olacaq”

    “Bir sıra ciddi əhəmiyyətə malik layihələrdə aktiv iştirakımız Azərbaycanın həm Çin Xalq Respublikası, həm də Avropa İttifaqı ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu təsdiq edir”.

    Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev deyib.

    Deputat bildirib ki, Çin Xalq Respublikası bu gün də Azərbaycanı dəstəkləməy davam edir: “Çin hazırda dünyanın ən aparıcı dövlətlərindən biridir və iqtisadi baxımdan ABŞ-dan sonra ikinci yerdə dayanır. Ekspertlərin fikrincə, yaxın gələcəkdə Çin iqtisadiyyatı dünyada birinci yeri tutacaq.

    Xüsusilə son dönəmlər Çin Xalq Respublikası apardığı sosial və iqtisadi islahatlar sayəsində gücünə güc qata bilib və hazırda həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsi dünyanın əksər dövlətləri tərəfindən dəstəklənir ki, Azərbaycan da bu layihənin əsas iştirakçılarından biridir. Bildiyimiz kimi, son dönəmlər ölkəmiz dünyada təkcə neft-qaz ölkəsi kimi deyil, eləcə də transport ölkəsi olaraq qəbul edilir. Belə ki, Şərq-Qərb, Şimal-Cənub dəhlizləri məhz Azərbaycanda qovuşur. Azərbaycan da “Bir kəmər, bir yol” layihəsinin əsas iştirakçısı kimi Çindən daşınan yüklərin qatar yolu ilə Xəzər dənizindən keçərək daşınmasına artıq start verilib. Çindən Avropaya gedən ən yaxın dəmiryolu xətti Azərbaycan ərazisindən keçir. Həm də bu, Çin tərəfindən alternativ yol kimi qəbul edilib. Beləliklə, Azərbaycan-Çin arasındakı mədəni, iqtisadi, sosial münasibətlər hər gün inkişaf etməkdədir. Həm Ulu öndər Heydər Əliyevin dönəmində Çinə səfərlərin baş tutması və Çinlə münasibətlərin möhkəmləndirilməsinə önəm verilməsi, həm də möhtərəm cənab Prezidentimizin Çinə səfər etməsi, Çinlə bağlı mühüm qərar və sazişlərin imzalanması bu gün iki ölkə arasındakı münasibətlərin daha yaxşı səviyyədə olmasına səbəb olur”.

    N.Həmzəyevin sözlərinə görə, pandemiya dönəmində də iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirmək lazımdır: “Həmin dönəmlərdə Çin Xalq Respublikası həm ödənişli olaraq, həm də hədiyyə kimi Azərbaycana vaksin göndərib. Bundan başqa, qeyd etmək lazımdır ki, Qarabağ zəfərindən sonra yaradılacaq Zəngəzur dəhlizi Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənməsinə kömək olacaq”.

    Deputat həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə də münasibət bildirib: “Bildiyimiz kimi, Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa Birliyi ilə əməkdaşlıq edir, Avropada mövcud olan beynəlxalq təşkilatların fəaliyyətini yaxından izləyir, həmçinin Avropaya inteqrasiyaya maraq göstərir. Demokratik prinsiplərinin qorunmasında maraqlı olan Azərbaycan hər zaman qanunvericilik çərçivəsində ərazi bütövlüyünün təmin edilməsi, Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa İttifaqının dəstəyini almaq istəyib. Dövlətimiz Avropaya inteqrasiya ilə yanaşı öz maraqlarını və mövqeyini qoruyub saxlamağa çalışır. Həmçinin mütləq qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa enerji təhlükəsizliyində oynadığı yol əvəzsizdir. Bir sıra ciddi əhəmiyyətə malik layihələrdə aktiv iştirakımız göstərir ki, Azərbaycan sadiq tərəfdaşdır və Avropa İttifaqı ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır”.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:56

İsmarıclar bağlıdır.