Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 07Июн
    Hazırda bütün dünya əhalisi çoxlu qıcıqlandırıcı amillərin, o cümlədən stress və infeksiyaların əhatəsində yaşayır. Ona görə də balanslaşdırılmış qida rasionu insan orqanizmi üçün müdafiə rolu oynayaraq onu müxtəlif xəstəliklərdən qoruyur.

    AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Racu Nəbiyev yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələrin qidalanması və hansı məhsullara üstünlük vermələri barədə deyib: “İnfeksiyaya yoluxmamışdan əvvəl COVID-19 xəstələrinin müxtəlif yanaşı xəstəlikləri olduğunu mütləq nəzərə almaq lazımdır.

    Adətən koronavirus xəstələri gündə 4-5 dəfə qidalanırlar. Onların qida rasionu bitki lifləri, o cümlədən tərəvəz, göyərti, meyvə, giləmeyvə ilə zəngin olmalıdır. Həmin xəstələrə efir yağları ilə zəngin olan meyvələr, həmçinin kəskin ədviyyatlar, duzlu və hisə verilmiş qidaların verilməsi məhdudlaşdırılır”.

    Onun verdiyi məlumata görə, bütün yeməklər bişirilmiş və ya buxara verilmiş halda qəbul edilməlidir: “Xəstəyə verilən yemək nə qaynar, nə də çox soyuq olmamalı, onların qəbul etdiyi mayelərin həcmi gün ərzində 1,5-2 litr artırılmalıdır. Həkim nəzarəti altında müxtəlif meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi, qurudulmuş giləmeyvə kompotu verilə bilər. COVID-19 xəstələrinin müalicəsi dövründə yanaşı xəstəlikləri nəzərə alınmalıdır. Həkim onların qida rasionuna bu və ya digər qidanı əlavə edə bilər, hər hansı qidanı isə rasiondan çıxara bilər. Məsələn, şəkərli diabet xəstələrinin qida rasionundan rafinə edilmiş karbohidratlar, yüksək təzyiqdən əziyyət çəkən xəstələrin qidasından isə təzyiqin qalxmasına təsir edən məhsullar çıxarılır”.

    “COVID-19 xəstələrinin qida rasionuna kalsium, fosfor, maqnezium və vitamin D ilə zəngin olan məhsullar daxil edilir. Bunlar pendir, kəsmik, qatıq və digər süd məhsulları, balıq və tərəvəzlərdir. Düzgün və sağlam qidalanma koronavirus xəstələrinin sağalmasında dərman vasitələri qədər rol oynayır. Ona görə də yalnız düzgün qidalanma qəbul etməklə bu xəstəliklə mübarizədə müsbət nəticə əldə etmək mümkündür”, — deyə həkim-terapevt bildirib.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:34

İsmarıclar bağlıdır.