Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Июн
    Azərbaycanın makroiqtisadi inkişfında dayanıqlıq təmin edilibAzərbaycan ildən-ilə güclənir, inkişaf edir. Ölkəmizin makroiqtisadi inkişfında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Son illərdə iqtisadi inkişafın tempinə görə dünyada demək olar ki, birinciliyi əldə saxlayan Azərbaycan, bu nailiyyətlərə təkcə özünün təbii resurslarının zənginliyi ilə deyil, əsasən, düzgün müəyyənləşdirilən iqtisadi-siyasi strategiya nəticəsində müvəffəq olub. Bu gün iqtisadiyyatda əldə edilmiş naliyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə — modernləşmə mərhələsinə qədəm qoyub.
    Qeyd etmək lazımdır ki, dövlətin iqtisadiyyat sahəsindəki fəaliyyətinin əsas prioritetlərindən biri müştəri məmnuniyyətidir. Məlum olduğu kimi, hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir.

    Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir.

    Sevindirici haldır ki, hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur. Çünki yeni pul əsginasları ilə bağlı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Azərbaycan hökuməti tərəfindən əvvəlcədən müvafiq qabaqlayıcı tədbirlər görülüb. Belə ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına adaptasiyası məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb, habelə müvafiq pul nişanları ilə təmin edilərək, adaptasiya prosesinə başlanılıb. Hazırda müvafiq sistem və avadanlıqların yenilənmiş pul nişanlarına uyğunlaşdırılması kommersiya bankları və ödəniş xidmətləri provayderləri tərəfindən əsasən yekunlaşmıb və bu sistemlər yenilənmiş pul nişanlarında ödənişləri qəbul edir.

    Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın iqtisadiyyat sahəsindəki iddia və potensialı yüksəkdir. Cari ilin 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti bunu deməyə əsas verir. İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərindəndir. İqtisadiyyat Nazirliyin yeni binasının açılışı da dolayısilə Azərbaycanın regionun lider ölkəsi statusunun növbəti təsdiqidir.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:52

İsmarıclar bağlıdır.