Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,878
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 18Июн
    Müəllimlərin sertifikasiyasının keçirilmə qaydası <b style="color:red"></b>

    Nazirlikdən 525.az-a verilən məlumata görə, təhsilverənlərin sertifikasiyasının test imtahanı mərhələsində imtahan sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib ediləcək.

    Bu mərhələdə təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim ediləcək.

    Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaqlar.

    Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılacaq. Bu mərhələdə təhsilverənlər aşağıdakı meyarlar əsasında maksimum 40 balla (4 ballıq şkala ilə) qiymətləndiriləcək:

    — proqram üzrə mövzunu təqdimetmə bacarığı — x3

    — təhsilalanların qiymətləndirmə bacarığı — x2

    — özünü təqdimetmə bacarığı — x2

    — pedaqoji prosesi təşkiletmə bacarığı — x2

    — ünsiyyət bacarığı — x1

    Müsahibə zamanı azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:59

İsmarıclar bağlıdır.