Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,821
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Июл

    Azad (xüsusi) iqtisadi zonaların bir sıra xarakterik xüsusiyyətləri vardır. Bu zonalarda müxtəlif növ güzəşt və stimullar tətbiq edilir. Belə ki, xarici ticarət zamanı ixrac-idxal rüsumları azaldılır və ya ləğv edilir, fiskal güzəştlər tətbiq edilir. Bu güzəştlər vergitutma bazasında, gəlirdən çıxılan xərclərdə, vergi dərəcələrində, vergi azadolmaları və güzəştlərində və digər imtiyazlarda özünü göstərir. Bundan başqa, azad iqtisadi zonalara büdcədən subsidiyalar ayrılır, güzəştli dövlət kreditləri, torpaqdan və əmlakdan istifadəyə görə imtiyazlı icarə haqları verilir, müəssisələrin qeydiyyatdan keçirilməsi prosedurları, qeyri-rezidentlərin ölkəyə girişi-çıxışı sadələşdirilir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 may 2020-ci il tarixində imzalanmış fərmanla Ələt Azad İqtisadi Zonası — Xəzər dənizi sahilindəki Ələt qəsəbəsində yerləşən ticarət və logistika mərkəzi yaradılmışdır.

    Yeni yaradılmış azad iqtisadi zonanın ərazisi Ələt qəsəbəsinin bir hissəsi olan paytaxt Bakıdan 65 kilometr cənubda Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqları əhatə edir. Ələt qəsəbəsindəki ən böyük Xəzər limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonasının istifadəsi üçün ayrılmış ərazilərə daxil edilmişdir.

    Qanun layihəsinə əsasən, Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir. «Əsas iqtisadiyyatda aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir»,-deyə məlumatda vurğulanıb.

    Bundan başqa, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilməyəcək. Layihəyə əsasən əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi, əsas iqtisadiyyat sərhəd xidməti isə sərhəd idarəsi yaradacaq. Yəni, Ələt azad iqtisadi zonasının bütövlükdə hüquqi şəxs statusuna malik olduğundan, o cümlədən iqtisadi zonada fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti həyata keçirən müəssisə və təşkilatlar hüquqi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər azad zonada fəaliyyət göstərdiklərinə görə mənfəət vergisindən, gəlir vergisindən, əlavə dəyər vergisindən, aksizdən, əmlak vergisindən, torpaq vergisindən, mədən vergisindən, yol vergisindən və sadələşdirilmiş vergidən azaddırlar.

    “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununun 16- 2-ci maddəsinə görə azad zona inzibati müəssisələri istisna olmaqla, azad zonada azad zona qanunvericiliyinə uyğun təsis edilən və fəaliyyət göstərən hər hansı hüquqi şəxslər və azad zonada yaşamaq üçün icazəsi olan fiziki şəxslər əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

    “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununun 16- 4-cü maddəsinə görə əsas iqtisadiyyata aid olan şəxslərdə aparılan vergi yoxlamaları zamanı vergi orqanları tərəfindən üçüncü şəxslər qismində Azad Zona hüquqi şəxsi ilə aparılmış əməliyyatlar barədə məlumatların əldə edilməsi Azad Zona səlahiyyətli qurumu vasitəsi ilə həyata keçirilir. Azad Zona səlahiyyətli qurumu tərəfindən məlumatlar əsas iqtisadiyyat qanunvericiliyinə uyğun təqdim edilir.

    Beynəlxalq müqavilə və sazişlər əsasında yaradılmış və xüsusi vergitutma rejimi tətbiq edilən müəssisə və şirkətlərin, imtiyazlı vergi və gömrük rejimləri tətbiq edilən xüsusi və azad iqtisadi zonaların ölkə iqtisadiyyatının inkişafında rolu çox böyükdür. Bu vasitələrdən istifadə edərək ölkənin iqtisadi inkişafına, ərazilərin və bütövlükdə regionun inkişafına, yeni təsərrüfat sahələrinin formalaşmasına nail olmaq olar.
     
     
    Prof.A.M.Bayramov
    ADAU-nun İctimai elmlər və multikulturalizm  kafedrasının müdiri

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:39

İsmarıclar bağlıdır.