Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,821
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 06Июл
    Niyazi Bayramov türkiyəli iş adamına şəhərin iqtisadi potensialı barədə ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Burada Beynəlxalq Hava Limanı, “Gəncə Avtomobil Zavodu” və “Azəraliminium” MMC kimi bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, qədim İpək yolunun üzərində yerləşən şəhər olduqca əhəmiyyətli coğrafi mövqeyə sahibdir. Gəncə Qərb bölgəsinin qəlbi və mərkəzi hesab olunur. 
    İbrahim Karaca isə öz növbəsində təmsil etdiyi “Albayrak” Holdinq barədə şəhər rəhbərliyinə ətraflı məlumat verib.

    O bildirib ki, 1952-ci ildə inşaat sahəsində fəaliyyətə başlayan “Albayrak” Holdinq bu gün sənaye, xidmət, logistika və media sahələrində 50-yə yaxın şirkəti birləşdirir. 
    Söhbət zamanı “Albayrak” Holdinqinin burada icra edə biləcəyi layihələr ətrafında geniş müzakirələr aparılıb, məişət tullantılarının daşınması və utilizasiyası, habelə ictimai nəqliyyatın modernləşdirilməsi sahələrində birgə layihələrin icrasının mümkünlüyündən danışılıb.
    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:15

İsmarıclar bağlıdır.