Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,821
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 22Июл

    100 yaşımız pandemiyanın şərtlərinə uyğun olaraq məhdud səviyyədə qeyd olundu. Sağ olsunlar, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov başda olmaqla şəhər ziyalıları çox geniş şəkildə olmasa da, yubileyimizi və bu yubileyə şəxsi hədiyyəmiz olan «100 ilin işığında» kitabının çapdan çıxmasını qeyd etdilər.

    Sələflərimizin 100 il ərzində Gəncənin inkişafını, quruculuğunu, respublikanın ikinci şəhəri statusunu inamla doğrultduğuna şahidlik edən və onu öz oxucuları ilə bölüşən qəzetə həsr olunmuş nəfis şəkildə tərtib edilən 5 fəsildən ibarət kitabı hazırlayıb oxucularımıza təqdim edə bildik.

    İki ictimai-siyasi formasiyada, 3 əlifba ilə çıxan, 7 dəfə adı dəyişdirilən qəzetin ilk nüsxələrini arxivlərdən taparaq oxucularımıza təqdim edə bildik. İndi qəzetin tarixi ilə maraqlananlar illərin izini saxlayan mətbu toplularını vərəqləmək zərurətində deyillər. «100 ilin işığında» kitabı bütün axtarılan sualları cavablandırmaq iqtidarındadır.
    Bu gün «Gəncənin səsi» böyük tirajla çıxmasa da, yüksək çap üsulu ilə rəngli və böyük formatda «Azərbaycan» nəşriyyatında çap edilərək öz oxucuları ilə görüşür. Gündəlik «genceninsesi.com» saytımız isə respublikamızda baş verən yeniliklərlə yanaşı, Gəncənin gündəlik həyatını öz izləyiciləri ilə bölüşə bilir.

    Bu gün bizim bayramımızdır. «Gəncənin səsi» qəzetinin kollektivi böyük zəhmət bahasına ərsəyə gələn «100 ilin işığında» kitabını əziz gəncəlilərə və qədirbilən oxucularına təqdim etdiyi üçün qürur duyur.

    Bayramınız mübarək, əziz həmkarlar!

    Rəfiqə SADIQOVA

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:50

İsmarıclar bağlıdır.