Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 04Авг
    PSA Layihəsinin nümayəndəsi Yaşar Fərəcov tədbiri açıq elan edərək, Texniki Sertifikat Proqramının məqsədinin fındıq istehsalı və təlimi sahəsində dünya lideri olan “Ferrero” şirkəti, PSA Layihəsi və Aqrar Universitetin professor-müəllim heyətinin birlikdə həyata keçirəcəyi təlim sessiyaları vasitəsilə fındıq sektorundakı gənclərin potensialının artırılmasının olduğunu bildirib.

    Çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd edib ki, ölkənin ərzaq təhlükəsizliyinin qorunub saxlanması hər birimizin borcudur. Və bu cür tədbirlərin keçirilməsi olduqca mühümdür. İ. Cəfərov bildirib ki, Aqrar Universitet uzun illərdir bu təcrübədən “GLİMMER” proqramı ve başqa layihələr vasitəsilə istifadə edib.

    Sonra xarici və yerli şirkətlərin nümayəndələri, mütəxəssislər təqdimatlarla çıxışlar edərək, Texniki Sertifikat Proqramının fındıqçılıq sektorunda peşəkar mütəxəssis sayını artırmaqla yanaşı, bu sahədə gənclərin potensial məşğulluq imkanları haqqında məlumatlılığı artırmağı da hədəfləndiyini vurğulayıblar.

    Fərruxə Umarova
    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 12:20

İsmarıclar bağlıdır.