Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 25Авг

    Gəncə Turizm İnformasiya Mərkəzi/Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev və Agentliyin strukturuna daxil olan qərb regionu üzrə KOB inkişaf mərkəzlərinin (KOBİM) rəhbər heyəti Rəvan Cəfərli  (Gəncə şəhəri), Lalə Bilalova və Yusif Bayramov (Göygöl rayonu), Hicran Paşayeva və Kamran Əmirxanov (Şəmkir rayonu), Əlizamin Əhmədzadə (Tovuz rayonu) ilə ilkin tanışlıq görüşü keçirilib.

    Görüşdə qurumlar öz fəaliyyətləri haqqında qısa məlumat verdikdən sonra Gəncə-Qazax iqtisadi rayonu üzrə planlaşdırılan fəaliyyətlər haqqında müzakirələr aparmışlar.

    Görüş zamanı Gəncə DMT-nin direktoru Zaur Bayramov Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) yeni “RİTM – regional innovativ turizm məhsulu” adlı layihəsi haqqında geniş məlumat vermiş və sözü gedən layihənin turizm sahəsində mikro, kiçik və orta bizneslərin inkişafına təkan verəcəyini xüsusilə qeyd etmişdir. Belə ki, layihə qərb regionunda müsabiqə yolu ilə seçilmiş yeni turizm bizneslərinin yaranmasına, onun inkişafına və təbliğatına həm maliyyə, həm də texniki dəstək göstərəcəkdir.

    Bundan başqa, Dövlət Turizm Agentliyinin qərb regional strukturu olan Gəncə Turizm İnformasiya Mərkəzi/Destinasiya Menecmenti Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri də turizm sahəsində “insan resurslarının inkişafı və standartlaşma”dan ibarət olduğu qeyd edilmiş və bu istiqamətdə yerli turizm sənaye üzvlərinin bilik və bacarıqlarının artırılması, onların standartlara uyğun təlimlərdən keçirilməsi və ümumilikdə xidmət keyfiyyətinin artırılması istiqamətində bir sıra işlərə başlandığı qeyd edilmişdir.

    Görüş zamanı bilik və bacarıqların artırılması istiqamətində yeni yaradılmış KOB inkişaf mərkəzlərinin rolu xüsusilə vurğulanmış və bu istiqamətdə hər iki qurumun qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir. Qeyd edək ki, KOB inkişaf mərkəzləri KOB-lara təlim, məsləhət və şəbəkələşmə sahəsində xidmətlər göstərirlər.

    Məhsuldar keçən görüşdə o cümlədən kənd təsərrüfatı, turizm və sosial sahibkarlıq sahəhələrində layihələrin həyata keçirilməsi müzakirə edilmiş və bu sahələrdə innovasiyalar, startaplar üzrə beynəlxalq təcrübə mübadiləsinə böyük ehtiyacın olması vurğulanmışdır. Görüşün sonunda hər iki tərəf turizm sənayesində bilik və bacarıqların artırılması istiqamətində əməkdaşlıq etmək niyətlərini bildirmiş və bu sahədə qarşılıqlı fəaliyyətlərin icrasını razılaşdırmışlar.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 15:30

İsmarıclar bağlıdır.