Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Сен

    Ölkəmizin hər bir bölgəsində olduğu kimi  Gəncədə də Vətən müharibəsi zamanı canlarından keçən şəhid ailələri daim diqqət mərkəzindədirlər.

    Bu günlərdə Rəşad Ələkbərov, İsmayıl Mustafayev, İlkin Əsgərov, Murad İbrahimov, Xuduş Kazımov, Rəşad Məmmədov, Aydın Rüstəmov, Cavid Əliyev, Qəzənfər Məmmədov, Turxan Məmmədov və Anar Məmmədov kimi igidlərin doğum günləri qeyd olunub. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin,  Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun və yerli dini icmaların əməkdaşları sözügedən şəhidlərin ailələrini ziyarət ediblər.  

    Görüşdə hər bir şəhidin şərəfli ömür yoluna nəzər salınıb. Bildirilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində davam edən və Zəfərlə yekunlaşan müharibənin əsas səbəbkarları məhz şəhid olan igidlərimizdir. Tarix onları heç vaxt unutmayacaq, çünki onlar öz qanları ilə adlarını əbədi olaraq tariximizə həkk ediblər. Vətən uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsi daim uca tutulacağı qeyd olunub.

    Şəhid ailələri isə öz növbəsində övladları ilə daim qürur duyduqlarını dilə gətiriblər. Eyni zamanda, göstərilən  diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə, birinici vitse-prezident Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını bildiriblər.

    Ziyarət zamanı şəhid ailələrinə məişət avadanlıqları və digər hədiyyələr təqdim olunub.

    Qeyd edək ki, görüş Gəncə Şəhər İcra Hakimiyyətinin, DQİDK-nin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və yerli dini icmalarının təşkilatçılığı ilə baş tutub.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:20

İsmarıclar bağlıdır.