Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,893
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Сен

    Malyariya – ağır gedişə malik parazitar xəstəlik olub, sağlam şəxslərə, xəstələrdən xüsusi növ ağcaqanadların dişləməsi vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri əzginlik, başağrısı, üşütmə, titrətmə, hərarətin yüksəlməsi, güclü tərləmə və s. Adətən bu əlamətlər günaşırı tutmalar şəklində olur.

    Xəstəliyin vaxtında müalicəsi və gələcək ağırlaşmaların qarşısının alınması üçün belə əlamətlər baş verən zaman ilk gündən mütləq tibb işçisinə müraciət etmək lazımdır. Malyariya uşaqlar, həm də böyüklər üçün çox təhlükəlidir.

    Xəstəliyin diaqnozu kliniki əlamətlərə qanın laborator müayinəsi ilə dəqiqləşdirilir. Bundan sonra xüsusi preparatlarla tibb işçisinin nəzarəti altında 17 gün tam müalicə kursu aparılmalıdır. Bu bütün ailənin yoluxmadan qorumaqla ağırlaşmaların qarşısını alır.

    Malyariyaya görə laborator müayinəsi və eləcə də xəstələrin müalicəsi pulsuzdur. Xəstəlik vaxtında və düzgün müalicə olunmazsa orqanizmin zəifləməsi, iş qabiliyyətinin itirilməsi, qanazlığı, qaraciyər və dalağın kəskin zədələnməsi və s. baş verə bilər. Yarımçıq müalicə xəstəliyin təkrar baş verməsinə səbəb olur.

    Təsadüfi adamlar tərəfindən müalicə və öz-özünə müalicəyə yol verilməməlidir. Həm də çox təhlükəlidir!

    Xəstəliyin keçiriciləri olan ağcaqanadlar durğun su gölməçələrində, bataqlıqda, sakit axan kanallarda və s. yerlərdə inkişaf edib çoxalır. Odur ki, belə sahələrin əmələ gəlməsinə yol verilməməli və onlar ləğv edilməlidir. Ağcaqanadlar insanlara adətən axşam günbatandan sonra və səhərlər hücum edirlər. Ona görə də, yaşayış otaqlarının qapı və pəncərələrini mütləq xırda gözlü torla tutmaq lazımdır. Əgər otaqlarda ağcaqanad olarsa müvafiq aerozollardan və ya xüsusi həbləri olan elektrik buxarlandırıcı cihazlardan istifadə etməklə onları məhv etmək olar.

    Yatan zaman miçətkəndən istifadə etmək lazımdır. Bədənin açıq səthinə hürküdücü maddələr sürtülməlidir.

    Malyariya ilə mübarizə və onun əhali arasında yayılmasının qarşısını almaq bizim ümumi işimizdir.

    Hürü MƏMMƏDOVA,

    Gəncə şəhər Gigiyena Epidemiologiya

     Mərkəzinin Parazitoloji Bölmənin müdiri

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:20

İsmarıclar bağlıdır.