Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
“Təmas” Regional İnkişaf İctimai Birliyi may ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Insan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən Regional Rabilitasiya-Reinteqrasiya Mərkəznin dəstəklənməsi” layihəsinin icrası oktyabr ayında yekunlaşır.
Əsas məqsədi insan alveri və məişət zorakılığından əziyyət çəkən qadın və uşaqları, sosial riskli ailələrdən olan şəxsləri, sənədsiz insanlari mütəmadi yardımlarla təmin etmək olan Mərkəzə müraciət edən şəxslər təhlükəsiz sığınacaqla təmin olunur, onlara pulsuz hüquqi, psixoloji yardımlar göstərilir və digər sosial xidmətlər təklif olunur. Layihənin icrası dövründə Mərkəzdən (sığınacaq) həssas vəziyyətdə olan 193 nəfər qadın və uşaq yararlanıb. Onlardan10 nəfəri insan alverinin, 2 nəfəri insan alverinin ehtimal olunan qurbanı, 181 nəfəri isə insan alverinin potensial qurbanları olublar. Onlardan 92 nəfəri qadın, 101 nəfəri isə uşaq olub. (74 oğlan, 57 qız).
Layihə rəhbəri Südabə Məmmədova məlumat verib ki, Mərkəzdə həssas vəziyyətə düşən, çətin həyat şəraitində yaşayan qadın və uşaqlara sosial – psixoloji xidmətlər göstərilir. Ehtiyacı olanlar hüquqi yardımla təmin olunur, iddia ərizələri tərtib olunur. Köməksiz və təhlükəli vəziyyətdə olan qadın və uşaqlar təhlükəsiz sığınacaqla təmin edilir, ehtiyacları ödənilir. Təhsildən yayınmış uşaqlar təhsilə bərpa olunur, məktəbyaşına çatmamış uşaqlar isə uşaq baxçalarına istiqamətləndirilir. Layihə rəhbəri onu da əlavə etdi ki, Mərkəz AR DİN İAQMBİ, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlıiyinin Dövlət Sosial Fondu yanında “İnsan alveri Qurbanlarına Yardım Mərkəzi”, Gəncə şəhər və ətraf rayonların yerli İcra hakimiyyəti və hüquq mühafizə orqanları, Səhiyyə və Təhsil idarələri ilə sıx əməkdaşlıq edir.
Layihənin icrası davam edir.
Səbuhi Sabiroğlu