Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi oktyabr ayından etibarən Gəncə şəhərində “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının) potensialının artırılması” layihəsinin icrasını yekunlaşdırır.
Layihənin əsas məqsədi qərb bölgəsində insan alveri və insan alverinin potensial qurbanlarına mütəmadi yardımların təmin olunması, onların ehtiyaclarının ödənilməsi,müvəqqəti sığınacaqla təmin olunması, təhlükəsiz mühitin yaradılması, bunlarla yanaşı sığınacağın potensialının gücləndirilməsidir.
Təşkilatın rəhbəri Südabə Məmmədova qeyd edib ki, layihənin icrası dövründə sığınacaqdan 133 nəfər yararlanıbdır. Sığınacaqda qalan qadın və uşaqların ilkin ehtiyacları ödənilib, onlar isti yemək və gigiyenik materiallarla təmin olunub, uygun hüquqi və psixoloji yardımlar alıblar. Onlardan 130 nəfəri insan alverinin potensial qurbanı, 3 nəfəri insan alverinin qurbanı olubdur. Sığınacaqdan yararlananların 66 nəfəri qadın, 67 nəfəri isə uşaq (29 oğlan, 38 qız) olub. Ehtiyacı olanlar tibbi müayinəyə istiqamətləndirilib, dərman preparatları ilə təmin olunublar. 19 nəfər uşaq məktəbə, 21 nəfəri uşaq baxçasına bərpa olunmub. 28 qadının məşgullugu təmin olunub, 5 qadın “özünəməşgulluq proqramına” yönəldilib. 8 uşağın sənədi düzəldilib, 150 nəfərdən çox vətəndaş hüquqi, 80 nəfər isə psixoloji yardımlar alıblar.
Bununa yanaşı layihə çərçivəsində Şəmkir və Samux rayonlarında maarifləndirmə görüşləri təşkil edilib, insan alverinin və məcburi əməyin qarşısının alınması məqsədilə Gəncə Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxalq Avtovağzalı və “Qırmızı Körpü” sərhəd və gömrük keçid məntəqələrində buklet paylama aksiyası keçirilib.
Yeganə Qurbanova