Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 04Апр

    Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Eurovision 2020" onlayn-konsert formatında keçiriləcək. Bu barədə məlumat müsabiqənin saytına yerləşdirilib.

    Bildirilir ki, mahnı müsabiqəsi “Eurovision: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.

    Mayın 16-da keçiriləcək şou proqramda 41 musiqi nömrəsi təqdim olunacaq. Konsert həmçinin təşkilatın rəsmi “YouTube” kanalından da yayımlanacaq.

    Onlayn-konsertə ötən illərdə musiqi yarışmasının qalibi olanlar da qatılmaq imkanı qazanacaqlar.

    Təşkilatçılar bu formatın müxtəlif ölkələrin əhalisini bu çətin dönəmdə birləşdirməyə xidmət edəcəyini deyir: “Biz təklif edirik ki, bütün dünyanın telekanalları bu şounu birlik ovqatında yayımlasınlar”.

    Qeyd edək ki, Azərbaycanı "Eurovision 2020" Mahnı Müsabiqəsində Samirə Əfəndi "Kleopatra" mahnısı ilə təmsil edəcək.

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 10:13

İsmarıclar bağlıdır.