Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Июн

    Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 4 şəhər və 1 rayonunda iki günlük sərt karantin rejimi tədbiq olunur. Bununla əlaqədar olaraq Gəncə küçələrində də sakitlik hökm sürür. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən isə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

    Belə ki, küçə və prospektlərdə sakinlərin olmamasını nəzərə alaraq, bank, poçt, ATM və sair yerlərin qarşısında olan “məsafə saxla” nişanları yenilənib. İşlər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçirilib. Xəbərdaredici nişanlar sözügedən məkanların qarşısında növbədə dayanan şəhər sakinləri arasında sosial məsafənin gözlənilməsini təmin etmək məqsədi daşıyır.
    Bununla yanaşı şəhərdə aparılan tibbi-profilaktik tədbirlər davam etdirlir. Gəncənin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində növbəti dəfə dezinfeksiya işləri aparılıb. Əsas küçə və prospektlər, səkilər, park və meydanlar xüsusi kimyəvi məhlulla yuyulublar. Tibbi-profilaktiki işlər yaşayış binaları və onların həyətlərində də aparılıb.
    Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:11

İsmarıclar bağlıdır.