Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 08Июн

    Kolumbiya və Azərbaycan Dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Müşfiq Cəfərov, qrup üzvü Naqif Həmzəyev, Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev, şöbənin əməkdaşı Aydan Fərəcova, Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenasla görüş keçirib. Söhbət zamanı parlamentin üzvü səfirə Dağlıq Qarabağ və Xocalı soyqırımı məsələsindəki ədalətli mövqelərinə görə təşəkkür edib.

    Görüşdə deputat qeyd edib ki, 2012-ci ildə Kolumbiya Senatında “Azərbaycan Respublikası ərazisinin, Ermənistan tərəfindən qanunsuz işğal edilməsi” barədə qərar qəbul edilmiş və Xocalı faciəsi məhz soyqırımı aktı kimi təqdim edilmişdir.
    Müşfiq Cəfərov Kolumbiya parlament nümayəndələrinin 3 dəfə ölkəmizə səfər etdiyini və Azərbaycanla bağlı reallıqlarla tanış olduqlarını vurğulayıb.
    İki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılır. Gəncə şəhəri ilə Kolumbiyanın Kartaxena şəhəri və Şamaxı şəhəri ilə Kolumbiyanın Buqa şəhəri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulması ilə bağlı təklif lahiyəsi irəli sürülüb. Lakin bunun mövcud ictimai-siyasi vəziyyətlə əlaqədar reallaşması bir qədər ləngiyir. Müşfiq Cəfərov bu məsələni bir daha gündəmə gətirib, geniş müzakirələr aparıb.
    Qrupun rəhbəri Müşfiq Cəfərov və səfir Luis Antonio Dimate Kardenas arasında təhsil, turizm, ticarət dövriyyəsinin artırılması yönündə diskussiyalar aparılıb. Sonda Milli Məclisin deputatı Kolumbiya Respublikasının səfirinə hər iki dövlətin parlamentlərarası Dostluq qrupunun üzvlərinin webinar görüşünün təşkil olunmasını təklif edib.

    Fərruxə Umarova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 09:14

İsmarıclar bağlıdır.