Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 10Июн

    Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı və MKTİB-nin rəisi İlham Quliyevin göstərişi ilə şəhərdə görülən abadlıq işləri durmadan davam edir. Qeyd edək ki, bu işlərin nəzarəti rəis müavini Elşad Əsgərova və baş mexanik Naqif İbişova əvalə olunub.
    Belə ki, Gəncənin Avropa parkında kütləvi gül əkini işlərinə başlanılıb. Parkın daha yaxşı görkəm alması üçün bura bir neçə növ dekorativ kol və gül-çiçək gətirilib. Bu dekorativ bəzək gül, kol və ağacların düzgün əkilməsi və becərilməsi üçün Bakı şəhərindən mütəxəssislər gətirilib. Burada çoxillik və mövsümü bitkilər əkilir.

    Əkilən müxtəlif ağaclar və kollar İtaliyadan, çiçəklər Hollandiyadan gətirilib və hamısı təbiidir.
    Burada ranunkulüs, primula, iliks gül bitkiləri, sidr və leylandra (limon ağacı) ağacları, nandina, lorofitalum, papatiya, andromeda, verbena çiçəkləri əkilir.
    Sadəcə olaraq bu bitkilərə yaxşı qulluq olmalıdır ki, çəkilən əziyyət yerdə qalmasın. Həmidə ki, bu bitkilər nadir hesab olunduğu üçün qiymətlidir.
    Bununla yanaşı MKTİB-nin canlı qüvvəsi və texnikası vasitəsilə şəhərin Gəncə çay məcrasında genişmiqyaslı abadlıq işləri aparılır. Park-bulvar kompleksi boyunca çay kol-kos və otlardan təmizlənir, axarı səliqəli şəkilə salınır.

    Yeganə Qurbanova

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 11:20

İsmarıclar bağlıdır.