Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,893
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 24Окт

    IMG-20171016-WA0000Dünyada zəka qalib gələcəkmi? — Hər zaman insanları düşündürən bu sualın müsbət cavabı təhsilin yüksək səviyyədə olmasındadır. Yeni üsulla keçilən dərslərə nəzər salıram bu qənaətə gələrəm ki, bu gün təlimdə yeniliklər çoxdur: "didaktik tələblər", dialoq əməkdaşlığın vacib sayılması, tədqiqat aparanın şagird, bələdçinin müəllim olması, şagirdlərin mövzu ilə bağlı araşdırmalar aparması, əqli fəallığın güclənməsi, faktların şagird tərəfindən toplanılması, müxtəlif informasiyalar ilə dünyagörüşünün artırılmasının təmin edilməsi s.

       Bütün bunlar onu göstərir ki, məktəblərdə tədrisin əsas məqsədi sagirdlərə hazır bilik vermək deyil, onlarda faktlar mənbələrlə sərbəst işləmək, təhlil etmək, şəxsi nəticələr əsasında bacarıqlarını inkişaf etdirməkdir. Bugünkü təhsil sistemində hazır, illər əvvəl mənimsənilmiş elmin öyrədilməsindən daha çox, oxuyaraq qavranılan mətn, mövzuya yaradıcı yanaşmaq, məntiqi düşünərək ümumiləşdirməyə müvəffəq olmaq, müstəqil işləmək əsas götürülür. Deməli, interaktiv metod məqsəd sayılmır, vasitə sayılır. Məqsəd kurikulumda təsbit olunmuş məzmun standartlarını reallaşdırmaq bacarığıdır. Müəllim isə məqsədə nail olmaq üçün düzgün standartları seçməli ən səmərəli fəaliyyət modelindən, təlim üsulundan istifadə etməlidir. Bütün bunlar sinifin səviyyəsinə uyğun təşkil edilməlidir. Bu tədris metodu şagirdlərdə elmi mətnlərlə işləməkdüşüncə, nitq, diskusiya, danışma qabliyyəti, analtik təfəkkür, söz ehtiyatına sahib olmaq bacarıqlarını aşılayır. Motivasiya hissəsində müəllim danışma bacarığına üstünlük verməli, sualları düzgün qurmalı, müxtəlif nitq situasiyalarını şagirdlərə dərindən tədris etməlidir. Zəkanın qalib gələcəyinə inananlar buna can atanlar yeni dərs üsulunun səmərəsini görəcəklər. Dünyada zəkanı qalib görməyin yolu elm, bacarıq, deyilmiş bütün məlumatları birləşdirən, fikirləri, ideyaları dərk etməkdir. Aydın, anlaşıqlı dildə yazılan vəsaitlərlə müəllimlərin bələdçilik yolunu işiqlandırmarla zəkanın qalibiyyətinə nail olarıq. Dünyanın əşrəfi olan insanın sabahkı taleyi yeni təlim üsulu ilə verilən təhsildən asılıdır. Əmin olaq ki, gələcək nəsillərdən ixtiraçılar, alimlər, professorlar, elm xadimləri, yaradıcı dahilər meydana gələcək. XI əsrdə yaşamış fars şairi Nasir Xosrov yazırdı:

     Yeməyə, yatmağa heyvan can atar,

    Bilikli insana söylə kim batar?

    Raminə MƏTLƏB,

    dilədəbiyyat müəllimi

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс

    Müəllif: Gəncənin Səsi, 16:11

İsmarıclar bağlıdır.