Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,788
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 17Дек
    Cəmiyyət Комментарии к записи ŞANLI ZƏFƏRİMİZDƏ İMZASINI QANLA YAZANLAR отключены

    Vətən torpağı azad deyilsə,

    yaşamaq haramdırdeyən şəhidimiz

    Azərbaycanın işğal altındakı torpaqlarının azadlığı uğrunda gedən 44 günlük qalibiyyətli Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlar sırasında Gəncədən hərbi xidmətə çağırılmış İsmayıl Elmar oğlu Mustafayev də var. “Şəhid” sözü ərəb sözü olub, yüksək amal, məslək, əqidə, din və ya inanc uğrunda ölən, canını fəda edən adam deməkdir.

    Bu barədə müqəddəs Qurani-Kərimdə Allah-Təala buyurur: “Allah yolunda öldürülənlərə ölülər deməyin, onlar ölü deyil, diridirlər, lakin siz (o yüksək həyatın) fərqində deyilsiniz”. (Bəqərə surəsi, 154). Vətənin azadlığı uğrunda mübarizə Allah yoludur. Allah yolunda Vətən müharibəsinə qoşulan şəhidlər bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, hamımızın – bütün millətimizin başucalığıdır.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 17Дек
    Cəmiyyət Комментарии к записи Gəncənin Nizami bələdiyyəsinin üzvləri Vətən müharibəsi qazilərini ziyarət ediblər отключены

    7f95ab59 00223.mts Snapshot 00.02.712Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyyələrinə uyğun olaraq Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və bələdiyyə üzvləri Vətən müharibəsi qaziləri və şəhid ailələrini ziyarət edirlər. Onlar Qazi Xəyal Qurbanov, Qalib Əliyev və Tural Xanaliyevə baş çəkib, onlar və ailələrinin qayğıları ilə maraqlanıb, lazımı köməkliyin göstərilməsi üçün daim hazır olduqlarını bildiriblər.

    Nizami bələdiyyəsi tərəfindən hər bir ailəyə xüsusi hazırlanmış sovqat qutuları çatdırılıb və maddi yardım göstərilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 17Дек
    Cəmiyyət Комментарии к записи Maksim Şevçenko Gəncəyə səfər edib отключены

    +IMG 20201215 WA0075Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko Gəncəyə səfər edib. Rusiyalı qonaq Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Maksim Şevçenkoya erməni terroru və onun nəticələri barədə məlumat verib. O bildirib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-si tarixlərində Ermənistan tərəfindən bir neçə dəfə atəşə tutulub.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 17Дек
    Cəmiyyət Комментарии к записи “QARABAĞ ZƏFƏRİ” adlı rəsm müsabiqəsi elan edilir отключены

    Qarabagzəfəri Sayt 1200x675Türkiyə Gənclər Fondu və Azərbaycan Gənclər Fondu ortaq, “QARABAĞ ZƏFƏRİ” adlı rəsm müsabiqəsini elan edir.

    Vətənimizin Qarabağ Zəfərinə həsr olunan rəsm müsabiqəsi Türkiyə və Azərbaycan Gənclər Fondlarının ortaq layihəsi olaraq elan edilir. Rəsm müsabiqəsinin əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Müsabiqə hər iki ölkənin gəncləri üçün eyni tarixlərdə eyni şərtlərlə həyata keçiriləcəkdir. 

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 17Дек
    Cəmiyyət Комментарии к записи “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqovaya ağır itki üz verib отключены

    “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqovanın bacısı Əntiqə Sadıqova vəfat edib. Yaxınlarının dediyinə görə, olduqca qayğıkeş və xeyirsevər insan olan Əntiqə xanım daim: “Dünyanın yaxşılğa ehtiyacı var, dünya yaxşılıq həsrətindədir”, — deyərmiş.

    Əntiqə xanım 1938-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Orta məktəbi burada bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun psixologiya fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra uzun illər bağça müəllimi kimi fəaliyyət göstərib. Əntiqə xanımın Azərbaycan mətbuatında da bir çox metodik yazıları çap edilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 16Дек
    Cəmiyyət Комментарии к записи ÜRƏYİMƏ DAMIB Kİ… отключены

    Torpağın bağrına cəsədlərilə,

    Azadlıq toxumu əkdi şəhidlər.

    «Azadlıq toxumu» olan, şəhidliyi ilə ölümsüzlük qazanan igidlərimizdən biri də Nağıyev Şahlar Nüsrət oğludur. Şahlar 1987-ci ildə, illərin qovuşduğu bir gündə – 31 dekabrda ailəsinə bayram hədiyyəsi kimi dünyaya gəlmişdi. Ailənin ilk övladı idi. Evin nuru, sevinc payı olan balaca Şahları böyük ümidlər, arzularla sevə-sevə böyüdürdülər. Bir neçə ildən sonra ailənin ikinci övladı Nicat dünyaya gəldi. Amma Şahlara olan sevgi, istək bölünmədi, azalmadı. Əksinə, kiçik qardaşına arxa, dayaq olacaq deyə daha çox qayğısına qaldılar.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 16Дек
    Cəmiyyət Комментарии к записи BÖYÜKLÜYÜ CƏSARƏTİ İLƏ QAZANMIŞDI отключены

    Qələbə təkcə qələmlə deyil, həm də qanla yazılır. Şahidi olduğumuz İkinci Qarabağ savaşı – Vətən mühvaribəsi bu deyimi bir daha təsdiqlədi. Yüzlərlə, minlərlə igidimiz bu müharibədə torpaqlarımızın bütövlüyü, yağı düşməndən azad olması uğrunda canını fəda etdi.

    Bu qəhrəman oğullardan biri də Vətən müharibəsində Gəncənin ilk şəhidi olan Abdulla Sultan oğlu Paşayevdir. 24 iyul 1998-ci ildə əkiz qardaşı Rəhimdən 10 dəqiqə əvvəl doğulmuşdu Abdulla. Bu 10 dəqiqəlik zaman kəsiyi evin böyüyü etmişdi onu. Bacısı Nazlı qardaşlardan iki yaş böyük olsa da, yenə də böyüklük Abdullanın boynuna düşmüşdü, söz sahibi etmişdi.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 16Дек
    Cəmiyyət Комментарии к записи SEVGİ BAĞI отключены

    Zəfər tariximizi yazan igidlərimizdən biri olan Sahib Azər oğlu Həsənov 18 oktyabr 1999-cu ildə Gəncə şəhərində dünyaya gəlib. 21 yaşının tamam olmasına bircə gün qalmış – 18 oktyabrda canından çox sevdiyi torpağın qoynuna köçüb. Sahibin şərəfli ömür yolunun tarixçəsi çox qısadır; oktyabr 1999 – oktyabr 2020. Amma bu qısa ömrün hər saniyəsi bir dastandır. O, ailənin yeganə övladı, yeganə sevinci idi.

    Sahib hələ kiçik yaşlarında olarkən atası onlardan ayrılıb Türkiyəyə getmiş, anası isə övladını bağrına basıb ata ocağına qayıtmışdı. Sahib nənə-baba qayğısı ilə böyüdü. Anası Vüsalə xanım isə gəncliyinə, gözəlliyinə baxmayaraq ömrünü bircə balası Sahibə həsr etdi.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 14Дек
    Cəmiyyət Комментарии к записи Ulu Öndər Heydər Əliyevin Gəncəyə səfərləri отключены

    C7dc9896 Q 2Heydər Əliyev Gəncənin Azərbaycan tarixində yerini və mövqeyini yaxşı bilirdi. Bəlkədə bu səbəbdən idi ki, Nizami yurdunu daim diqqətdə saxlayırdı. Hədəf Gəncənin iqtisadi potensialının gücləndirilməsi, gələcəyə yönəlik layihələrin icrası idi. SSRİ də öz sözünü deyən Gəncə müəssisələrinin əksəriyyətinin əsası Heydər Əliyevin adı ilə bağlı idi. XX əsrin 70-80-ci illərində şəhərdə bir çox zavod və fakriklərin fəaliyyəti genişləndirilmiş, yeni sənaye müəssisələri açılmış, təhsil, səhiyyə və bir sıra mədəniyyət ocaqları istifadəyə verilmişdi.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 14Дек
    Cəmiyyət Комментарии к записи Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə 2783 ağac əkilib отключены
    IMG 1093

    Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyası Heydər Əliyev park-kompleksinin ərazisində reallaşdırılıb.

    Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Millət vəkilləri, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QMİ-nin Gəncədəki səlahiyyətli nümayəndəsi Tahir Abbasov iştirak ediblər.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
Səhifə 18 - 379«...10...1617181920...304050...»