Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 31Мар
    İdman Комментарии к записи «Kəpəz»in veteran futbolçusu məşqçilik kurslarına cəlb olunub отключены

    494f709b Addd 34dd 911d Ec86e0837f5e 850«Kəpəz»in işsizlikdən əziyyət çəkən veteran futbolçusu Rövşən Əhmədov məşqçilik kurslarına cəlb olunub. Bu barədə keçmiş hücumçunun özü məlumat verib. O, «Turan Tovuz» Futbol Akademiyasında C kateqoriyalı kurslarda iştirak etdiyini bildidib.

    Əhmədov yaradılan şəraitə görə AFFA-ya təşəkkür edib: «Milli assosiasiya işə qarışdı, daha sonra «Turan Tovuz» komandasından dəvət gəldi. Amma kurslarda iştirakım ən çox AFFA-nın təşəbbüsü ilə oldu. Kurslara qatılmaq üçün tələb olunan məbləği də milli assosiasiya ödədi. Bildiyim qədərilə, iştirak haqqı 500 manatdır. Sağ olsunlar, bu xərci öz üzərlərinə götürdülər. Kurslar çox maraqlı keçdi. Bizim üçün hər cür şərait yaradılmışdı».

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 31Мар
    Təhsil Комментарии к записи Gəncənin 6 məktəbində ənənəvi təhsil bərpa olunub отключены

    UnnamedGəncədə koronavirus infeksiyasının aşkarlanması səbəbindən distant təhsilə keçən 6 məktəbdə ənənəvi təhsil bərpa olunub. Müəllim və şagirdlər arasında infeksiyaya yoluxma halı aşkar edildiyindən 12, 26, və 31 nömrəli məktəblərdə martın 9-dan 14 günlük qapanma elan olunaraq ənənəvi təhsildən distant təhsilə keçmək zərurəti yaranmışdır.

    Karantin müddəti başa çatan, qeyd olunan təhsil müəsisələrində martın 29-dan etbarən şagirdlərə, dərsləri yenidən doğma məktəblərində tədris olunub . Bu gündən isə infeksiya səbəbindən qapanmaya gedən şəhərin 13,30 və 36 nömrəli məktəblərdə ənənəvi təhsil bərpa olunub.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 30Мар
    Cəmiyyət Комментарии к записи Kəpəz Rayon İcra Hakimiyyətinin və Kəpəz Rayon Bələdiyyəsinin nümayəndələri şəhid ailələrini ziyarət ediblər отключены
    Kəpəz Rayon İcra Hakimiyyətinin və Kəpəz Rayon Bələdiyyəsinin nümayəndələri şəhid ailələrini ziyarət ediblərGəncə Şəhər Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Kəpəz Rayon Bələdiyyəsinin sədri Yaşar Abdullayev və ərazi idarəetmə nümayəndələri şəhid yaxınlarını ziyarət edərək, onlara başsağlığı verib, səbr diləyiblər. Eldəniz Xudiyev dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.

    Şəhid ailələrinin nümayəndələri  öz növbələrində,  ölkə baçısına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı onlaı narahat edən məsələlərlə bağlı müraciətləri dinlənilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 30Мар
    Təhsil Комментарии к записи Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıb отключены
    Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərli mükafatlandırıbGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tədris ili dövründə öz bilik və bacarığı ilə fərqlənən şagirdlərlə görüşüb. Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI sinif şagirdi Rəsul Əliyev və M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov şəhər rəhbəri tərəfindən mükafatlandırılıblar.

    Niyazi Bayramov sagirdlərlə söhbət edərək, onları qazandıqları nailiyyətlərə görə təbrik edib. O bildirib ki, Azərbaycanın gələcəyi məhz belə istedadlı, bilikli gənclərin əllərindədir. Şəhər rəhbəri gənclərlə iştirak etdikləri yerli və beynəlxalq fənn olimpiadaları, müxtəlif müsabiqələrlə bağlı söhbət edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüşün sonunda şagirdlərə planşet hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 30Мар
    Cəmiyyət Комментарии к записи DTX-nin Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olub отключены

    16169294783696445984 1000x669Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şəhər idarəsinin yeni inzibati binasının açılışı olub.

    Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xidmətin kollegiya üzvləri, İdarənin şəxsi heyəti və , şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

    Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılmış abidəsinin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 24Мар
    Siyasət Комментарии к записи 1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıqdır отключены

    1995-ci ilin mart hadisələri Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıqdırÖzündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etdirilməsi müəyyən çətinliklər hesabına başa gəlib. Xalqımızın bir çox ləyaqətli övladı ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canından keçib. Təəssüflə qeyd etməliyik ki, müstəqilliyimizin əldən verilməsi üçün yalnız xaricdən yox, daxildən də canfəşanlıq edənlər olub. Bu baxımdan 1995-ci ilin 13-17 mart tarixləri arasında baş verən hadisələri xatırlamaq kifayətdir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 21Мар
    Siyasət Комментарии к записи Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti отключены
    003

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar.

    Sonra dövlətimizin başçısı müraciət edib. 

    — Əziz bacılar və qardaşlar, mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram!

    Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 20Мар
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu baş tutub отключены
    Mage 12

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb, onların şikayət və təkliflərini dinləyib. Qəbulda iştirak edən sakinlər onları narahat edən məsələləri şəhər rəhbərliyinin diqqətinə çatdırıblar. Qəbulda Vətən müharibəsi qaziləri və şəhid valideynləri də iştirak ediblər.

    Mürcaiətlərin əsasını işlə təminat, müalicə və əlilliyin təyin edilməsi üçün köməkliyin göstərilməsi, fərdi evin inşası üçün torpaq sahəsinin ayrılması, əlil arabası ilə təminat  və sair məsələlər təşkil edib. Sakinlərin problemləri tək-tək dinlənilib, bir çox müraciət yerindəcə öz müsbət həllini tapıb. Belə ki, müraciətləri əsasında Vətən müharibəsi qazisi Musayev Yusif Məhəbbət oğlu yeni əsa ilə, şəhid anası Dürdanə Orucova isə yeni əlil arabası ilə təmin edilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 19Мар
    Səhiyyə Комментарии к записи Niyazi Bayramov «COVID-19» əleyhinə peyvənd olunub отключены

    MG 2“Azərbaycan Respublikasında «Covid-19» xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırda 50 yaş və daha yuxarı şəxslərin «Covid-19» xəstəliyinə qarşı vaksinasiyası aparılır.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da “COVİD-19”-a qarşı peyvənd olunub. Ona ikinci doza vaksin vurulub. İcra başçısı vaksin vurulduqdan 30 dəqiqə sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanadan buraxılıb.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 17Мар
    Siyasət Комментарии к записи Ceyhun Bayramov: “Ermənistan Azərbaycan ərazisinə hərbçi göndərmək cəhdlərinə son qoymalıdır” отключены
    Ceyhun Bayramov: “Ermənistan Azərbaycan ərazisinə hərbçi göndərmək cəhdlərinə son qoymalıdır”“Üçtərəfli bəyanatların bir sıra müddəalarının uğurla yerinə yetirilməsinə baxmayaraq, bəzi məqamlarda Ermənistandan konstruktiv yanaşmanı görmürük”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс