Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,821
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 05Июл
    Iqtisadiyyat Комментарии к записи Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti отключены

    Azad (xüsusi) iqtisadi zonaların bir sıra xarakterik xüsusiyyətləri vardır. Bu zonalarda müxtəlif növ güzəşt və stimullar tətbiq edilir. Belə ki, xarici ticarət zamanı ixrac-idxal rüsumları azaldılır və ya ləğv edilir, fiskal güzəştlər tətbiq edilir. Bu güzəştlər vergitutma bazasında, gəlirdən çıxılan xərclərdə, vergi dərəcələrində, vergi azadolmaları və güzəştlərində və digər imtiyazlarda özünü göstərir. Bundan başqa, azad iqtisadi zonalara büdcədən subsidiyalar ayrılır, güzəştli dövlət kreditləri, torpaqdan və əmlakdan istifadəyə görə imtiyazlı icarə haqları verilir, müəssisələrin qeydiyyatdan keçirilməsi prosedurları, qeyri-rezidentlərin ölkəyə girişi-çıxışı sadələşdirilir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 may 2020-ci il tarixində imzalanmış fərmanla Ələt Azad İqtisadi Zonası — Xəzər dənizi sahilindəki Ələt qəsəbəsində yerləşən ticarət və logistika mərkəzi yaradılmışdır.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 05Июл
    Cəmiyyət Комментарии к записи Gəncədə polis serjantına mənzil təqdim olunub отключены

    Azərbaycan polisinin yaranmasının 103-cü il dönümü münasibətilə Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon İdarəsinin əməkdaşı, polis serjantı Hüseynov Kürdoğlu Xəlifə oğluna mənzil təqdim olunub. Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev və digər hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.

    Qeyd olunub ki, Azərbaycan polisi 103 il müddətində şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Həmçinin bildirilib ki, ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışan DİN işçiləri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 05Июл
    Cəmiyyət Комментарии к записи Gəncədə “Şəhidlik-şərəf,qeyrət rəmzidir» adlı onlayn görüş keçirlib отключены
    Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Hüseynov Röyan Sübhan oğlunun ailəsi ilə “Şəhidlik-şərəf,qeyrət rəmzidir» adlı onlayn görüş keçirib. Tədbir şəhidlərin ruhuna bir dəqiqəlik sükutla başlayıb.
    Giriş sözü ilə tədbiri açıq elan edən şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Sonra iştirakçılara cəmi on doqquz il ömür yaşamış və şəhidlik zirvəsinə ucalan Röyan Hüseynovun həyatı və döyüş yolu  haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycan Respublikasının sərəncamına əsasən qəhrəmanımız ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 30Июн
    Cəmiyyət Комментарии к записи Prezident İlham Əliyev “Courtyard by Marriott Baku” otelinin açılışında iştirak edib отключены
    Paytaxtımızda “Courtyard by Marriott Baku” otelinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.

    Məlumat verildi ki, “Courtyard by Marriott Baku” otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir otel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, otel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 30Июн
    Cəmiyyət Комментарии к записи Gəncədə erməni terroru nəticəsində mənzilləri yararsız vəziyyətə düşən sakinlərin bir qisminə kompensasiya ödənilib отключены

    2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin “Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası müvafiq işlər aparıb. 

    Belə ki, Gəncədə raket zərbələri nəticəsində zərərçəkən ailələrin bir qismi Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin ediliblər.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 30Июн
    Cəmiyyət Комментарии к записи Hərbi cinayətlərdə ittiham edilən erməni hərbçilərlə bağlı növbəti məhkəmə iclası keçirilib  — YENİLƏNİB отключены
    Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç ilə bağlı cinayət işi üzrə iyunun 30-da Yasamal Rayon Məhkəməsində növbəti məhkəmə iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, ictimaiyyətə açıq və şəffaf şəkildə keçirilən məhkəmə iclasında yerli və xarici media nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

    Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilib. Bu cinayət işi üzrə növbəti məhkəmə iclası iyulun 7-nə təyin edilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 30Июн
    Iqtisadiyyat Комментарии к записи Yeni metro qatarları Moskvadan Bakıya yola salınıb отключены
    Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya yola salınıb.

    “Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, vaqonların texniki cəhətdən yoxlanılması, qəbulu və yola salınması məqsədilə QSC-nin Hərəkət qatarlarının istismarı və Depolar üzrə iş departamentlərinin rəisləri Akif Əhmədov və Faiq Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti “Metrovaqonmaş” müəssisəsində olub.

    Bakı metropoliteni üçün istehsal edilən vaqonların Azərbaycana yola salınmasından əvvəl Bakı metropoliteninin və “Metrovaqonmaş”ın nümayəndələri müəssisədə Azərbaycan xalqının ümummilli lideri

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 28Июн
    Siyasət Комментарии к записи Zəfər tariximizin ən yüksək zirvəsi отключены
    Zəfər tariximizin ən yüksək zirvəsi
    30 il ərzində təcavüzkar siyasət yeridən Ermənistanın işğalı altında qalan torpaqlarımız 44 günlük zəfər yürüşündə geri qaytarıldı. Vətən müharibəsi Azərbaycanın yalnız hərb meydanında qələbəsi deyildi. Ona görə ki, bu müharibə həm də siyasət meydanında, diplomatik müstəvidə, informasiya sahəsində gedirdi.
    Qələbəni təmin edən əsas səbəb də məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, ən çətin anlarda düzgün qərar qəbul etmək bacarığı oldu. 44 günlük müharibədə təkcə Ermənistan yox, Ermənistan üzərindən regionda məkrli oyunlar quran qüvvələr ağır məğlubiyyətə düçar oldu.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 28Июн
    Siyasət Комментарии к записи Şərtləri İlham Əliyev diktə edir отключены
    Regionun aparıcı dövləti olan Azərbaycanın statusu getdikcə daha da yüksəlir

    İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu daha da möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə bildirir.

    Qarabağın düşmən tapdağından təmizlənməsindən sonra regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərir.

    Prezident İlham Əliyev hər çıxışında, müsahibəsində, görüşlərində yaranmış reallıqları dəyərləndirməklə regionun gələcək inkişafı üçün real imkanların mövcudluğunu göstərir və qeyd edir ki, bu durum ilk növbədə bölgədə uzunmüddətli sülhün təmin olunmasını şərtləndirir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 28Июн
    Siyasət Комментарии к записи Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub отключены
    İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-si saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

    Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
Səhifə 2 - 38212345...102030...»