Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 01Мар
    Siyasət Комментарии к записи Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regional sabitliyə əlavə zəmanət verir отключены

    W 1616120182354901451327 1000x669Türkiyə Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməklə yanaşı dünya miqyasında da güc mərkəzinə çevrilib. Dünyada müstəqil siyasət yürütməsi, bir sıra beynəlxalq əhəmiyyətli qərarların verilməsində özgür iradə nümayiş etdirməsi bu faktı təstiqləyən vacib amillərdəndir. Danılmaz faktdır ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında apardığı siyasət qardaş ölkənin yüksək nüfuzunu daha da artırmış oldu.

    Hazırda Türkiyə əksər bölgələr, xüsusilə də Cənubi Qafqaz regionunda müsbət rol oynayır ki, bu da bölgənin sabitliyi üçün olduqca önəmlidir. Bu baxımdan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da çox vacib amildir.

    Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində yerləşir. Yerləşdirmə nöqtəsi tərəflərin təmas xəttindən 8 kilometr, Xankəndidən düz xətt üzrə təxminən 30 kilometr, avtomobil yolu boyunca isə 41 km məsafədədir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 23Фев
    Cəmiyyət Комментарии к записи Qələbəyə şahid olan şəhid отключены

    Dövlət Sərhəd Xidmətinin mayoru, tabor komandiri Sərxan İlqar oğlu Muxtarov 1988-ci ildə Samux rayonunun Sarıqamış kəndində dünyaya gəlib. Ailə bir ildən sonra Gəncəyə köçüb. İlk təlim-tərbiyəsini 38 saylı uşaq bağçasında alan Sərxan 1994-cü ildə Gəncə şəhər 36 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2005-ci ildə orta təhsilini əlaçı şagird kimi başa vurub. Hələ uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayan Sərxan elə həmin il Heydər Əliyev adına Azərbaycan Hərbi Ali Məktəbə qəbul olub.

    2009-cu ildə ali təhsilini bitirən gənc zabit təyinatla Respublikanın cənub bölgəsinə göndərilib və «N» saylı hərbi hissədə xidmətə başlayıb. Daha sonra ölkənin digər bölgələrində hərbi xidmətini davam etdirib. 2016-cı ildə baş verən Aprel döyüşlərinin fəal iştirakçısı olub. Növbəti döyüş yolu Tovuz hadisələrindən keçib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 22Фев
    Cəmiyyət Комментарии к записи Gəncənin və Almaniyanın ali təhsil müəssisələrinin tələbələri Nizami Gəncəvi irsindən danışıblar отключены
    213364f5 Nizami Gandschavi1

    “Nizami Gəncəvi ili” çərçivəsində dünyaşöhrətli şairin yaşayıb-yaratdığı Gəncədə keçirilən videokonfransda Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Gəncənin və Almaniyanın ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

    Millət vəkili Pərvin Kərimzadə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmasından danışıb, qüdrətli söz və fikir ustadının parlaq irsinin əsrlərdən bəri dünyanın misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlaması haqqında əraflı məlumat verib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 22Фев
    Təhsil Комментарии к записи GƏNCƏ DÜNYA Məktəbinin açılışı olub отключены
    150410683 3789914881078272 3852908794765612393 O

    Məktəbin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, XƏZƏR Universiteti və DÜNYA TƏHSİL KOMPLEKSİNİN təsisçisi professor Hamlet İsaxanlı, məktəbin şagird və müəllimləri iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Vətən Müharibəsində canından keçən və düşmənin xain təcavüzü nəticəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 22Фев
    Səhiyyə Комментарии к записи Gəncədə koronavirusa qarşı vaksinasiya işləri uğurla davam edir отключены
    Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün ölkədə olduğu kimi Gəncədə də koronavirus pandemiyasına qarşı vaksinləşmə prosesi uğurla davam edir. Hazırda 50, 60 yaş və ondan yuxarı olan risk qrupuna daxil edilən insanlar arasında koronavirus pandemiyasına qarşı vaksinləşmə işi həyata keçirilir.

    Gəncədə “COVID-19”-a  qarşı vaksinasiya ilə əlaqədar olaraq  6 tibb məntəqəsi yaradılıb. 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Gəncə Mərkəzi Klinika Xəstəxanasında yerləşən tibb məntəqələrində xüsusi otaqlar hazırlanıb.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 22Фев
    Cəmiyyət Комментарии к записи Məcburi köçkünlər arasında qayıdışla bağlı sorğunun keçirilməsinə başlanılıb отключены
    C1737b17 C56b 31b8 9b6c 80d0a2b4be61 850

    Bu barədə ADA Universitetindən məlumat verilib.

    Bildirilib ki, 2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Milli Ordumuz ölkəmizin 30 ilə yaxın işğal altında qalan ərazilərini azad edib və bu ərazilərin bərpası və hərtərəfli inkişafı indi dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindəndir:

    «Bərpa və yenidənqurma prosesinin mərkəzi vəsiləsi – məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 19Фев
    Cəmiyyət Комментарии к записи Şəhidliyin bir addımlığında olan qazimiz отключены

    Ruslan Zeynal oğlu İsmayılov 1998-ci il aprel ayının 3-də Gəncə şəhərində dünyaya göz açıb. 2005-ci ildə Gəncə şəhər 1 saylı tam orta məktəbin birinci sinfinə gedib. 2016-cı ildə orta təhsilini başa vurub və elə həmin ilin küləkli bir payız günündə həqiqi hərbi xidmətə yola düşüb. Əsgəri xidmətini Naxçıvan MR-nın Şahbuz rayonunda yerləşən «N» saylı hərbi hissədə, hərbi hissə komandiri Tehran Mənsumovun komandanlığı altında başa vurub. 2018-ci ilin ilıq bir yaz səhərində doğma şəhərinə dönüb. Bir neçə aydan sonra «NB» Satınalma və Ticarət Mərkəzində operator işinə başlayıb. Tezliklə öz bacarığını nümayiş etdirən Ruslan sadəliyi, səmimiliyi, böyük-kiçik yeri bilməsi ilə hər kəsin xətir-hörmətini qazanıb.

    Bu xüsusiyyətlər həm də onun ailə tərbiyəsindən irəli gəlirdi. Valideynlərinin hər ikisi pedaqoji sahədə çalışırlar və öz sahələrinin tanınmış simalarıdırlar. Atası Zeynal İsmayılov şəhərin tanınmış müəllim-musiqiçisi, anası Lətafət xanım isə GDU-nin müəllimidir. Hər ikisi geniş ictimai əlaqələrə sahibdirlər.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 19Фев
    Cəmiyyət Комментарии к записи …Və bir daha qayıtmadı отключены

    Seymur Səliyəddin oğlu Bəylərov 1996-cı il iyun ayının 24-də Samux rayonunun Qarayeri qəsəbəsində dünyaya gəlib. 2003-cü ildə  Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı orta məktəbinin 1-ci sinfinə gedib və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2014-cü ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib və Naxcıvanda yerləşən sərhəd qoşunlarının «N» saylı hərbi hissəsində əsgəri xidmətinə başlayıb. 1916-cı ilin aprel ayında hərbi ximətini başa vuraraq doğulduğu qəsəbəyə dönüb. Bir neçə il idmanla məşğul olan Seymur 2017-ci ilin oktyabr ayında yenidən hərbi sahəyə qayıdaraq müddətdən artıq hərbi xidmətə başlayıb.

    Quru qoşunlarının Mingəçevirdə yerləşən «N» saylı hərbi hissəsində xidmət edən Seymur tuşlayıcı vəzifəsini icra edirdi. Xidmət etdiyi müddətdə dəfələrlə hərbi hissə komandanlığı tərəfindən «Təşəkkürnamə»lərə layiq görülmüşdü.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 18Фев
    Siyasət Комментарии к записи Prezident İlham Əliyev Belarusun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  YENİLƏNİB отключены
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun etimadnaməsini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Andrey Ravkov dedi:

    — Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti, icazə verin, Sizi salamlayım. Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun etimadnamələrini Sizə təqdim etməyi özümə şərəf sayıram.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 18Фев
    Cəmiyyət Комментарии к записи 50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a qarşı vaksinasiyası başlayıb отключены
    Image 218

    Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesi davam edir. İlkin olaraq tibbi işçiləri peyvənd olunublar. Hazırda isə 50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a qarşı vaksinasiyası aparılır. Sakinlər gün ərzində yaşadıqları əraziyə yaxın olan tibb məntəqəsinə gələrək, peyvənd olunurlar. Vaksinasiya prossesi könüllü şəkildə və növbəlilik əsasında həyata keçirilir.

    Mütəxəssislər deyirlər ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Vaksiyasiya olunan tibb işçiləri, həmçinin  50, 65 yaş və daha yuxarı şəxslərdə heçbir mənfi əlamət və ya yan təsir hiss olunmayıb.  

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс