Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,878
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 25Ноя
    Cəmiyyət Комментарии к записи Bu gün Kəlbəcər işğaldan azad olundu отключены
    24c0356d 2f44 3943 Aa87 F04aec408b8d 850

    Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi. Bu gün — noyabrın 25-də isə rayon işğaldan azad olundu.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 24Ноя
    Siyasət Комментарии к записи İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar отключены

    PREZIDENT AGDAM SAFARXəbər verdiyimiz kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

    Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 24Ноя
    Cəmiyyət Комментарии к записи Erməni terroru nəticəsində zərər görən ailələrə yardım paylanılıb отключены
    IMG 20201121 WA0020

    Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkən ailələr daim diqqətdə saxlanılırlar. Həm dövlət, həm də milli mənəvi dəyərlərə sadiqlik nümayiş etdirən xeyirsevər insanlarımız tərəfindən həmin şəxslərə yardımlar edilir.

    Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, müxtəlif iş adamları və millət vəkillərinin dəstəyi ilə növbəti yardım paketləri sahiblərinə çatdırlıb. Erməni terroru nəticəsində zərər görən şəxslərə isiti geyim və ehtiyac duyduqları müxtəlif əşyalar təqdim olunub.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 24Ноя
    Təhsil Комментарии к записи Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək отключены
    Azerbaijan Parliament 300620 1

    Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişdirilir.

    bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan «Dövlət qulluğu haqqında» qanuna dəyişiklikdə öz əklsini taıpıb. Təklif edilən dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 17.4-1 — 17.4-3-cü, 17.7-ci və 17.8-ci maddələr əlavə edilir:

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 24Ноя
    Mədəniyyət Комментарии к записи Turizm insanların vərdiş etdiyi həyat tərzidir отключены

    Turizm bütün dünyada ən geniş yayılmış sahələrdən biridir. Son illərdə respublikamızda da turizmə dövlət qayğısı xeyli artıb. Yeni turist marşrutları açılır, infrastruktur yaradılır, turizm obyektlərində xidmətin səviyyəsi daha da yaxşılaşır. Turizmin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan önəmlidir. Xarici ölkələrdən gələn turistlər istirahət etməklə yanaşı, ölkəmizin tarixi, milli xüsusiyyətləri, musiqisi, incəsənəti, mətbəxi və s. ilə yaxından tanış olurlar.

    Respublikamızın zəngin təbii imkanları və iqlim şəraiti turizmin inkişafına əlverişli zəmin yaradır.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 24Ноя
    Səhiyyə Комментарии к записи ÜST Avropada koronavirus pandemiyasının üçüncü dalğası barədə xəbərdarlıq edib отключены

    16060482195046422276 1000x669Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti David Navarro gələn ilin əvvəlində Avropada koronavirus pandemiyasının üçüncü dalğası barədə xəbərdarlıq edib.

    Ekspert ilk dalğadan sonra yay aylarının nisbətən sabit keçdiyini və həmin dövrdə Avropada müvafiq infrastrukturun yaradılmadığını diqqətə çatdırıb. Məhz buna görə də hazırda ikinci dalğa Avropada tüğyan edir. Həyata keçirilən sərt karantin rejimi nəticəsində infeksiyanın yayılmasının qarşısının alınmasına səy göstərilir, lakin karantin qaydaları yumşaldılandan sonra növbəti problem meydana çıxa bilər.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 24Ноя
    Hadisə Комментарии к записи Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb отключены

    Trend Ppx 160620Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Aybəniz Abdullayevanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Tovuz rayonuna getməsi aşkarlanıb.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 24Ноя
    Cəmiyyət Комментарии к записи Qarabağ Azərbaycandır! отключены

    Qaldıraq bayrağı, göstərək birlik!

    Müzəffər orduya biz də dəstəyik!

    Arzularımıza Türk xalqı şərik,

    Eşq olsun Türk-Azəri dostluğuna!

     

    Düşmən hədəf aldı neçə bölgəni,

    Raket atəşinə tutudu hər yanı.

    Həlak etdi neçə məsum körpəni,

    Məğrurluq yaraşır mənim xalqıma!

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 20Ноя
    Siyasət Комментарии к записи İlham Əliyev xalqa müraciət edib отключены

    001Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

    Prezident İlham Əliyevin xalqa müraciəti

    -Əziz həmvətənlər. Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.

    Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 20Ноя
    Siyasət Комментарии к записи Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub отключены

    0d86c1906425a2712f1b5bb059ef8b1dBu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
Səhifə 32 - 388«...1020...3031323334...405060...»