21Май
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN) maliyyə dəstəyi ilə “Marş İrəli” layihəsinə başlayıb.
Ölkədə hər zaman vətənpərvərlik şüarı ilklərdən olub. Azərbaycan gənci güclü vətənpərvərlik ruhu ilə yetişir. Bütün bunları nəzərə alaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirtməyi qərara alıb.
Daha ətraflı »
18Май
Ölkə Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018”, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgilərində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin müxtəlif modifikasiyalı məhsulları ilə yaxından tanış olub. Daha ətraflı »
18Май
Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Daha ətraflı »
18Май
İnsanlardan fərqli olaraq təbiət dönə—dönə öz gəncliyinə qayıda bilir. Möhtəşəm quruculuğunun şahidi olduğumuz Hacıkəndin timsalında bunu bir daha görmək olar. Çünki bu işin təməlində qadir insanın əməli durur.
Təbiəti etibarilə qurucu olan, öz vətəndaşına, onun firavanlığına daim qayğı göstərən Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinin uğurlu həllinə nail ola bilən şəhər rəhbərliyi Hacıkəndin əvvəlki şöhrətini qaytarmaq üçün böyük quruculuq işlərinin həyata keçirilməsinə nail ola Daha ətraflı »
18Май
Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 26 il keçir.
APA-nın məlumatına görə, 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib. Daha ətraflı »
17Май
Bunu icra başçısı Elmar Vəliyevin sakinlərlə
görüşündən ayrılan hər kəs ürəklə söylədi
Cəmi 10 gün əvvəl Gülüstan yaşayış sahəsindəki Aydın Nəbiyev küçəsində sakinlərlə görüşü zamanı müraciət və şikayətləri dinləyən icra başçısı Elmar Vəliyev həmin problemlərin qısa bir vaxtda aradan qaldırılması üçün aidiyyəti təşkilatlara tapşırıqlar verdi. Daha ətraflı »
17Май
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə bu qrupun üzvlərinin, deputatlar – Hikmət Məmmədovun, Rasim Musabəyovun, Kamilə Babayevanın, Naqif Həmzəyevin və Pərvin Kərimzadənin Gürcüstana səfəri yekunlaşıb. Daha ətraflı »
17Май
Gəncə Dövlət Universitetinin tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını fransız dilində təqdim ediblər.
Gəncə şəhər İcra Hakimiyyəti və Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Biz gənc beynəlmiləlçilərik” adlı Frankofoniya bayramı keçirilib. Daha ətraflı »
16Май
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.
Rene Van der Linden dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini çatdırdı. Daha ətraflı »
Yeni ismarıclar