25Авг
Gəncə Turizm İnformasiya Mərkəzi/Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru Anar Əliyev və Agentliyin strukturuna daxil olan qərb regionu üzrə KOB inkişaf mərkəzlərinin (KOBİM) rəhbər heyəti Rəvan Cəfərli (Gəncə şəhəri), Lalə Bilalova və Yusif Bayramov (Göygöl rayonu), Hicran Paşayeva və Kamran Əmirxanov (Şəmkir rayonu), Əlizamin Əhmədzadə (Tovuz rayonu) ilə ilkin tanışlıq görüşü keçirilib.
Görüşdə qurumlar öz fəaliyyətləri haqqında qısa məlumat verdikdən sonra Gəncə-Qazax iqtisadi rayonu üzrə planlaşdırılan fəaliyyətlər haqqında müzakirələr aparmışlar.
Daha ətraflı »
25Авг
(Müsahibimiz Heydər Əliyev park kompleksinin rəisi İlyas Məmmədovdur)
Qısa tanıtma: İlyas Rəfi oğlu Məmmədov 1959-cu il dekabr ayının 16-da Tərtər rayonunun Cəmilli kəndində dünyaya gəlib. Orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Kənd Təsərrüfatı institutuna (indiki ADAU) qəbul olub və 1981-ci ildə ali təhsilini zoomühəndislik ixtisası üzrə başa vurub. Əmək fəaliyyətinə rayonun kənd təsərrüfatı sahəsində – ixtisasına uyğun olaraq heyvandarlıq komplekslərində başlayıb. Qısa müddətdən sonra heyvandarlıq kompleksinə müdir təyin edilib. Bir neçə ildən sonra işgüzarlığı, bilik və bacarığı ilə rayon rəhbərliyinin diqqətini cəlb edən gənc İlyas rayon partiya komitəsinə irəli çəkilib.
Üç il sonra – 1992-ci ildə Birinci Qarabağ savaşına qatılıb. Uzun və şərəfli bir döyüş yolu keçib. Ağdam, Ağdərə, Murovdağ istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olub. 1994-cü ilin may ayında elan edilmiş atəşkəsdən sonra öz mülki işinə qayıtmaq istəsə də, komandanlığın: «Sən hərbi sahəyə daha çox lazımsan» – deməsi gənc zabitin ömrünün ən qaynar bir dövrünü hərbi sahəyə həsr etməsinə səbəb olub. Tabor komandiri olan İlyas Məmmədov mayor rütbəsinəcən yüksəlib.
Daha ətraflı »
Yeni ismarıclar