Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 3,205
Saytda ismarıcların sayı - 0

Ziyarətçilər

Flag Counter

SON NÖMRƏMİZ

FOTOQALEREYA

BÖLMƏLƏR

  • 13Авг
    Cəmiyyət Комментарии к записи VƏTƏN SƏNƏ OĞUL DEYİR отключены

    Qələbəyə bir neçə saat qalmış

    30 illik torpaq həsrətimizə son qoyan 44 günlük Vətən müharibəsinin qələbə ilə sonuclanmasına sağlamlığı ilə imza atan qəhrəman oğullarımızdan biri də  Xəqani German oğlu Qocayevdir. O, 1990-cı il yanvar ayının 29-da Gəncədə anadan olub. 1997-ci ildə Gəncə şəhər 19 saylı tam orta məktəbə gedib. 2006-cı ildə 9-cu sinfi bitirərək təhsilini 27 saylı peşə liseyində davam etdirib. 2009-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib və Beyləqanda yerləşən «N» saylı hərbi hissədə əsgəri xidmətə başlayıb. 2010-cu ilin iyun ayında əsgəri xidmətini manqa komandiri kimi başa vuran Xəqani, həm də snayperçi idi. O, nümunəvi xidmətinə görə dəfələrlə komandanlığın yazılı və şifahi təşəkkürnamələrinə layiq görülüb.

    Xidmətini başa vurduqdan sonra doğma şəhərə dönən Xəqani qaynaqçı işləməyə başlayıb. 2011-ci ildə uzaq qohumu olan sevib-seçdiyi Zenfira xanımla ailə həyatı qurub. 2014-cü ildə qızı Salatın, 2019-cu ildə Zəhra dünyaya gəlib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 12Авг
    Cəmiyyət Комментарии к записи “Azİz” İsrail — Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Gəncədə olub отключены

    “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri Lev Spivakın başçılıq etdiyi yəhudi əsilli jurnalistlərdən ibarət nümayəndə heyəti Gəncədə olub. Səfər çərçivəsində qonaqlar Ermənistan silahlı qüvəllərinin Gəncədə terror aktı törətdikləri ərazilərə baş çəkib, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. 
    Görüş zamanı Niyazi Bayramov Azərbaycanla İsrail arasında olan dostluq münasibətlərindən, habelə yəhudi əsilli azərbaycanlıların Qarabağ savaşlarında göstərdikləri şücaətdən bəhs edib. Şəhər rəhbəri onu da bildirib ki, Vətən müharibəsi günlərində Gəncə Ermənistan silahlı qüvəlləri tərəfindən dəfələrlə ağır artilleriya atəşinə məruz qalıb. Onların 2020-ci ilin oktyabr ayının 4, 5, 8, 11 və 17-si tarixlərində dinc sakinlərə qarşı törətdikləri terror aktları zamanı 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bütün bunlar Ermənistanın beynəlxalq humanitar hüquq normalarını və prinsiplərini açıq-aşkar pozduğunun sübutudur. O bildirib ki, tarixi Zəfərdən sonra bu cür səfərlərin təşkili Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırmaq baxımından xüsusi önəm kəsb edir.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 11Авг
    Təhsil Комментарии к записи GDU məzunlarının MİQ imthanında əldə etdikləri uğurları отключены
    2017-ci il Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin İbtidai sinif müəllimliyi ixtisasına daxil olan universitetin bu ilki məzunları olan Zərifə Məhərrəmova , Lamiyə Cəfərova, Leyla Muxtarova, Günel Həsənova, Firuzə Məmmədova və Leyla Bağırova  MİQ imtahanlarında yüksək nəticə əldə ediblər.
    Belə ki, Zərifə Məhərrəmova 59 , Lamiyə Cəfərova 59 , Leyla Muxtarova 58 , Günel Həsənova 56, Firuzə Məmmədova 55 və Leyla Bağırova 54 bal toplayıblar.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 10Авг
    Cəmiyyət Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müraciəti отключены
    Bir ildən artıq müddətdir ki, dünyada, eləcə də doğma Azərbaycanımızda yeni növ koronavirus infeskiyasına (COVİD-19)  qarşı ciddi mübarizə aparılmaqdadır. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim əhalinin sağlamlığını düşünürlər və onların rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır. 
    Məlumunuz olduğu kimi, cənab Prezident İlham Əliyevin göstərişi əsasında, Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Eyni zamanda, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 10Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə yeni növ koronavirus infeksiyasına qarşı növbəti dezinfeksiya işləri aparılıb отключены

    Son günlər COVİD-19 virusuna yoluxma hallarının artması səbəbilə infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. 
    Dezinfeksiya işləri şəhərin əsas küçə və prospektlərini, park və xiyabanlarını, habelə çoxmənzilli yaşayış binalarının giriş qəfəslərini və liftlərini əhatə edib. Sözügedən ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulublar. 
    İşlərə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, habelə Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub. Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 10Авг
    Cəmiyyət Комментарии к записи Gəncədə Aşura günü qan veriləcək məntəqənin ünvanı məlum oldu отключены
    Gəncə sakinləri  S. Hacıyev küç 2. ünvanına yaxınlaşaraq aksiyada iştirak edə bilər. 
    Əlaqə nömrələri:
    252 08 45
    (994) 55 643 45 41
    Digər bölgələrdə qan veriləcək məntəqələrin siyahısını təqdim edirik:
    Mərkəzi Qan Bankı və bölmələrinin ünvanları
    Mərkəzi Qan Bankı

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 09Авг
    Siyasət Комментарии к записи Azərbaycanın İranda yeni səfiri təyin olunub — SƏRƏNCAM отключены
    Prezident İlham Əliyev Ə.F.Əlizadənin Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
    Sərəncama əsasən Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
    Prezident İlham Əliyevin digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 09Авг
    Mədəniyyət Комментарии к записи “Leyli və Məcnun” Ukrayna kitabxanalarında отключены
    Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, “Leyli və Məcnun” Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin nəzdində Ukrayna Kitab İnstitutunun, Milli Ədəbiyyat Muzeyinin, Milli Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının Ukrain Dili İnstitutunun, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun, Milli Parlamentinin və digər qurumların kitabxanalarına yerləşdirilib.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 09Авг
    Təhsil Комментарии к записи Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin Bakı filiallarının adları açıqlanıb отключены
    Agentlikdən məlumata görə, bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:
    1. Dağıstan Dövlət Universiteti
    2. Cənubi Rusiya Humanitar İnstitutu
    3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu
    4. Rusiya Dövlət Sosial Universiteti
    5. Moskva Dövlət Açıq Universiteti

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс
  • 09Авг
    Təhsil Комментарии к записи Respublikanın ayrı — ayrı rayonlarında çalışan baytar həkimlər Aqrar Universitetdə ödənişsiz təlimlərə başlayıb отключены
    Universitetin Baytarlıq təbabəti və Zoomühəndislik fakültələrində keçiriləcək təlimlər baytarlıq istiqaməti üzrə müxtəlif mövzuları əhatə edərək əsasən praktiki dərslərdən ibarət olacaq.
    Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, təlimlər baytarlıq istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

    Daha ətraflı »

    Опубликовать в Facebook
    Опубликовать в Google Plus
    Опубликовать в Одноклассники
    Опубликовать в Мой Мир
    Опубликовать в Яндекс