Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 1,939
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 21Ноя
    Xəbərlər Комментарии к записи Kəmaləddin Heydərov Gəncədə baş verən partlayışla əlaqədar olaraq hadisə yerində olub отключены

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hadisə yerində olub, qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olublar. Xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib.

     Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov KİV nümayəndələrinə açıqlamasında bildirib ki, hadisə barədə məlumat səhər saat 05:40 radələrində daxil olub: "İlkin ehtimala görə partlayışa səbəb binanın ikinci bərtəbəsində baş verən qaz sızması olub. Bildiyiniz kimi dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb. Xilas edilən bir yaralı Hərbi hospitala yerləşdirilib, vəziyyəti ağırdır. Axtarış-xilasetmə işləri davam etdirilir. Daha ətraflı »

  • 21Ноя
    Xəbərlər Комментарии к записи Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb. Şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq keçirilən səyyar qəbulların məqsədi vətəndaşların problemlərini dinləmək, onları aradan qaldırmaqdır. Niyazi Bayramov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Gəncədə aparılan abalıq-quruculuq işlərindən söz açıb. O bildirib ki, hazırda şəhərin 30-a yaxın küçəsinin asfalt örtüyü yenilənir, həmin ərazilərdə müasir işıqlandırma sistemi qurulur. Bununla yanaşı 148 çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi işi də davam etdirilir. Daha ətraflı »

  • 21Ноя
    Xəbərlər Комментарии к записи Gəncədə yaşayış binasında partlayış olub — 3 ölü, 1 yaralı отключены

    Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yaşayış binalarından birində baş vermiş partlayışla bağlı məlumat yayıb. Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər çöküb.

    Qeyd olunan ünvana Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıblar.  Daha ətraflı »

  • 21Ноя
    Xəbərlər Комментарии к записи ADAU-nun tələbələri tariximizlə bağlı daha bir dərsi muzeydə keçib отключены

    Azərbaycan Dövlət Aqrar Universitetində müstəqillik tariximizlə bağlı mövzuların Azərbaycan Xalq Cumhuriyyəti muzeyində keçirilməsi artıq ənənəyə çevrilib. Daha bir dərsi sözügedən muzeydə İctimai elmlər və multikulturalizm kafedrasının müəllimi Şəhla Məmmədova keçib.

    Mühəndislik fakültəsinin melorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının birinci kurs tələbələri muzeydə “Azərbaycan Xalq Cumhuriyyəti” adlı mühazirə dinləyib, eksponatlarla tanış olub, canlı tarixin izləyicilərinə çevrilib. 80 dəqiqə davam edən dərs həm də diskusiya şəklində aparılıb. Daha ətraflı »

  • 16Ноя
    Xəbərlər Комментарии к записи Prezident İlham Əliyev Sərəncam imzalayıb отключены

    Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: Daha ətraflı »

  • 16Ноя
    Xəbərlər Комментарии к записи Gəncə Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib отключены

    Universitetin rektoru, Elmi Şuranın sədri, professor Yusif Yusibov iclası açaraq ilk olaraq Prezident İlham Əliyev tərəfindən Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşına Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Fəxri adların verilməsi, bir qrup əməkdaşın isə “Tərəqqi” medalı ilə təltif edilməsi haqqındakı 31 oktyabr tarixli müvafiq Sərəncamını diqqətə çatdırıb. Daha ətraflı »

  • 16Ноя
    Xəbərlər Комментарии к записи Gəncənin möhtəşəm abidələri və zəngin muzeyləri məktəblilərin böyük marağına səbəb olub отключены

    Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya davam edir.

    Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Sumqayıt şəhərindən, Yasamal, Nəsimi, Nizami, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan IX-XI sinif şagirdləri noyabrın 15-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar. Daha ətraflı »

  • 16Ноя
    Xəbərlər Комментарии к записи Naqif Həmzəyev MM Aparatının elektron sistemini sürətləndirmək üçün təklif verib отключены

    “Bildiyiniz kimi, bu il milli parlamentimizin 100 illiyi qeyd olunur. Mən fürsətdən istifadə edib cənab Perzidentə təşəkkür edirəm ki, şəxsən cənab spikerin, ümumilikdə, parlamentin fəaliyyətinə yüksək qiymət verdi. Əminəm ki, biz bu kimi yüksək fəaliyyəti bundan sonra da davam etdirəcəyik. Yeri gəlmişkən mənim bununla bağlı təklifim var”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deputat Naqif Həmzəyev bildirib. Daha ətraflı »

  • 16Ноя
    Xəbərlər Комментарии к записи UTECA-da doktorantlarla görüş keçirilib отключены

    Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru professor Akif Süleymanov doktorantlarla görüşüb. Görüşdə dissertasiya mövsuları Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Texnika Problemləri üzrə Elmi Şurasında qeydiyyata alınan 5 doktorant iştirak edib.

    Rektor gənc doktorantları bu münasibətlə təbrik edib, onlara bir sıra məsləhətlər verib. Qeyd edib ki, onların dissertasiya mövzuları müasir dövrün tələblərinə uyğun olmaqla yanaşı cəmiyyət üçün mühüm aktuallıq kəsb edir. Daha ətraflı »

  • 16Ноя
    Xəbərlər Комментарии к записи Gəncədə Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib отключены

    Gəncə Dövlət Flarmoniyasında Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi münasibəti ilə tədbir keçirilib.

    Gəncə şəhər İcra Hakimiyyətnin və Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, veteranlar, ağsaqqallar, ictimaiyyət nümayındələri, Goranboy və Samux rayonlarından dəvət olunmuş qonaqlar iştirak edilbər. Daha ətraflı »

Страница 10 из 194« Первая...89101112...203040...Последняя »