Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,259
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 21Янв
    Xəbərlər Комментарии к записи Gəncə üçün bu günün hava proqnozu отключены

    Gəncədə hava əsasən yağmursuz keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görəGəncədə gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Daha ətraflı »

  • 21Янв
    Xəbərlər Комментарии к записи Düşmən atəşkəs rejimini yenidən pozub отключены

    Atəşkəs rejimi 24 dəfə pozulub.

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Daha ətraflı »

  • 20Янв
    Xəbərlər Комментарии к записи İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də — Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

    Qara Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Daha ətraflı »

  • 20Янв
    Xəbərlər Комментарии к записи Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb отключены

    Hər xalqın tarixində dönüş nöqtəsi olur… Onun sonrakı taleyini müəyyənləşdirən dönüş nöqtəsi. 29 il əvvəl Azərbaycan xalqı da, yarım əsrdən artıq davam edən "əsirlik" həyatına bir nöqtə qoydu və başlığı "AZADLIQ" olan yeni səhifə yazdı, qanı ilə, canı ilə. Kimi həmin günün şəhidi oldu, kimi şahidi. Bu gün Azərbaycan xalqı həmin günün şahidləri ilə birlikdə şəhidlərini anmaq üçün bir araya toplaşmışdı. Respublikanın hər yerində olduğu kimi Gəncədə də 20 yanvar faciəsi şəhidlərinin xatirəsini anılıb.

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub.

    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha ətraflı »

  • 20Янв
    Xəbərlər Комментарии к записи Gənclər Evində 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb отключены

    Gəncə şəhər Gənclər Evində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib. Tədbirdə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov, Gənclər Evinin müdiri Amil Qurbanov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbənin müdir müavini Elmar Fətəliyev və gənclər iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikaının Dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.

    “Onların keçdiyi şərəfli yol hər birimiz üçün örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur”, – deyə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov bildirib. Daha ətraflı »

  • 18Янв
    Xəbərlər Комментарии к записи Prezident özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayırıb отключены

    Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl teleradio yayımçılarının ölkə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha dolğun məlumatlandırılması, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, həmçinin texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq qərara alıram: Daha ətraflı »

  • 18Янв
    Xəbərlər Комментарии к записи Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları Şəhidlər xiyabanını ziyarət ediblər отключены

    Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları tərəfindən Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.Mərkəzin direktoru Sevinc Ələkbərova bildirib ki, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması baxımından məktəblilərin Şəhidlər xiyabanına təşkil olunan ziyarətləri böyük əhəmiyyət daşıyır.

    Ziyarət zamanı mərkəzin müəllimləri şagirdlərə 20 Yanvar faciəsi barədə dolğun məlumat verib, xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırıblar. 20 Yanvar hadisələrinin başvermə səbəblərindən və acı nəticələrindən danışan müəllimlər bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu diqqətə çatdırıblar. Daha ətraflı »

  • 18Янв
    Xəbərlər Комментарии к записи “20 Yanvar” şəhidi Valeri Boqdanovun ailəsi ziyarət olunub отключены

    “20 Yanvar” faciəsinin 29-cu ildönümü ərəfəsində gəncəli şəhid Valeri Boqdanovun ailəsi ziyarət olunub. Şəhər rəsmiləri, bir qrup dəmiryolçu və KİV nümayəndələri şəhidin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.

    Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəfa Abbasova, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev, Gəncə Şəhər Kəpəz Rayon bələdiyyəsinin sədri Yaşar Abdullayev və DYQSC-Yük Daşımaları üzrə qərb bölgəsinin nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 17Янв
    Xəbərlər Комментарии к записи Avropa İttifaqı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili Gəncədə səfərdədir отключены

    Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa İttifaqı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili c-b Denis Daniilidisi qəbul edib. Görüşdə Avropa İttifaqı ilə Gəncə arasında mövcud olan humanitar və mədəni əlaqələrin genişləndirilməsinin yolları müzakirə olunub.

    Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmi qonağın diqqətinə çatdırıb ki, Gəncə Respublikanın ikinci böyük şəhəridir. Qədim tarixə malik Gəncə zəngin mədəniyyətə sahibdir. Daha ətraflı »

  • 17Янв
    Xəbərlər Комментарии к записи İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib отключены

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Dövlətimizin başçısı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi. Daha ətraflı »

Страница 20 из 226« Первая...10...1819202122...304050...Последняя »