Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 2,738
Saytda ismarıcların sayı - 0

BÖLMƏLƏR

SON NÖMRƏMİZ

FOTOQALEREYA

Ziyarətçilər

Flag Counter

  • 04Дек
    Xəbərlər Комментарии к записи “Narkotiklərə yox deyək!” devizi altında görüş keçirilmişdir отключены

     

    Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və şəhər təhsil, səhiyyə, gənclər və idman baş idarələrinin təşkilatçılığı ilə “Narkotiklərə yox deyək!” devizi altında görüş keçirilmişdir.

    Görüşdə il boyu bu məsələ ilə bağlı keçirilən maarifləndirmə xarakterli tədbirlərin əhəmiyyətindən söhbət açılmış, narkotiklərin orqanizmə təsiri, zərəri, yaratdığı xəstəliklər və fasadlar barədə ətraflı məlumat verilmişidir.

    Sonra şəhər səhiyyə, təhsil və gənclər idarələrinin nümayəndələri çıxış edərək cəmiyyətimizdə narkomaniyaya düçar olan gənc və yeniyetmələrin vaxtında aşkar edilməsi və bu sahədə asılılığın aradan qaldırılması məqsədilə tibbi-profilaktik, eləcə də maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışmışlar.

    Görüşdə narkomaniya əleyhinə videoçarx nümayiş etdirilmişdir.

  • 04Дек
    Xəbərlər Комментарии к записи Görkəmli bəstəkar Fikrət Əmirovun doğulduğu Gəncədə 90 illik yubileyi keçirilmişddir отключены

     

    Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun doğulub boya-başa çatdığı vətəni Gəncədə 90 illik yubileyi qeyd edilmişdir.

    Mir Cəlal Paşayev muzeyində keçirilən yubiley tədbirində bəstəkarın Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı misilsiz xidmətlərindən söz açılmış, onun çoxşaxəli həyat və yaradıcılığı təhlil edilmiş, yaratdığı ecaskar sənət əsərləri barədə yüksək fikirlər söylənilmişdir. Qeyd edilmişdir ki, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət Mükafatları laureatı adlarına layiq görülmüş Fikrət Əmirov musiqisi bu gün də bütün yaş qruplarında olan insanlar tərəfindən sevilə-sevilə dinlənilir.

    Tədbirdə bəstəkarın əsərlərindən nümunələr səsləndirilmişdir.

  • 04Дек
    Xəbərlər Комментарии к записи Azərbayсan həqiqətlərinin yayılmasında social şəbəkələrdən istifadə olunaсaq отключены

     

    Şəhərimizdə “Sosial şəbəkələrdə Azərbayсan” adlı layihənin iсrasına başlanılmışdır.

    Ölkəmizin həqiqətlərini dünyaya çatdırmaq məqsədilə “Odlar yurdu” Gənсlər İсtimai Birliyinin həyata keçirdiyi layihəyə uyğun olaraq artıq şəhərin bir neçə ali təhsil müəssisəsində görüşlər keçirilmişdir. Bu görüşlərdə Azərbayсanın təbliğatında sosial şəbəkələrin rolu və əhəmiyyəti müzakirə olunmuş, respublikamız haqqında, onun tarixi, mədəniyyəti, dövlətçiliyi, inkişafı, gənclər siyasəti haqqında düzgün informasiyanın yayılması barədə söhbətlər aparılmışdır. Bu sahədə təbliğat işinin daha keyfiyyətli aparılması məqsədilə gənclərə ingilis və rus dillərində ödənişsiz kursların təşkili barədə təkliflər irəli sürülmüşdür.

    Layihənin təşkilatçılarından biri olan Nigar Ələsgərova demişdir ki, yaxın günlərdə gənjlərdən ibarət qrupların yaradılması da nəzərdə tutulmuşdur. Bu qruplar sosial şəbəkələrdə aksiyalar təşkil etməklə, mütəmadi olaraq əcnəbi dillərdə Azərbaycan həqiqətlərinin yayılması ilə məşğul olacaqdır. 

  • 19Ноя
    Xəbərlər Комментарии к записи Altı həftə Amerikada отключены

     

    Azərbaycan Dövlət Aqrar Universitetinin xüsusi istedadlar qrupunun 3-cü və 4-cü kurs tələbələrindən 5 nəfəri SUSİ proqramı çərçivəsində ABŞ konsulluğu tərəfindən hazırlanmış təhsil əməkdaşlığı məqsədilə 6 həftə Alabama ştatının Hunstville şəhərində Alabama Kənd Təsərrüfatı Texniki Universitetində olmuşdur. Xüsusi müsabiqədən keçən bu tələbələr altı həftə ərzində həmin universitetdə təhsil alaraq lazımi təcrübə əldə etmişlər.

    Bu müddət ərzində tələbələrimiz bir sıra mədəni-kütləvi tədbirlərin iştirakçısı olmuşdur. «Siz dünyanı nejə görmək istəyirsiniz?» tələbə dünyasının yaradıcı yazı müsabiqəsində ADAU-nun tələbəsi Gülnur Əliyeva ikinci yeri tutmuş və münsiflər heyəti tərəfindən mükafatlandırılmışdır.

    Tədbir müddətində azərbaycanlı tələbələr ölkəmizin milli xörəklərini, mədəniyyətimizin bəzi nümunələrini nümayiş etdirmişlər.

    Tələbələrimiz ABŞ-ın Alabama ştatının Hunstville şəhərindən xoş təəssüratlarla qayıtmışlar.

  • 19Ноя
    Xəbərlər Комментарии к записи Kukla teatrının yeni tamaşaları отключены

    Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi payız tətilində balaca tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirmışdir.

    Kollektiv payız tətilində məktəblilərə iki tamaşa təqdim etmişdir. Bunlardan biri dahi Azərbayjan şairi Nizami Gəncəvinin “Xeyir və Şər”, digəri isə Xudayat Əsgərovun “Dəli Domrul” tamaşalarıdır. Hər iki tamaşanın quruluşçu recissoru Fərmayıl Paşayevdir.

  • 19Ноя
    Xəbərlər Комментарии к записи “Olimpiya idman kəndi” inşa ediləcək отключены

     

    Gəncənin öz “Olimpiya idman kəndi”olacaqdır. “Olimpiya idman kəndi”nin inşası başa çatdıqdan sonra Gəncənin dünya səviyyəli yarışlara ev sahibliyi etməsinə, eləcə də paytaxt Bakıda təşkil olunacaq mötəbər yarışların bir hissəsinin şəhərimizdə keçirilməsinə geniş imkanlar yaranacaqdır. Odur ki, burada möhtəşəm idman qurğularının, kortların, üzgüçülük hovuzunun, stadionun, qapalı arenaların, eləcə də ticarət mərkəzlərinin və sərgi salonunun yaradılması nəzərdə tutulmuşdur.

  • 19Ноя
    Xəbərlər Комментарии к записи “Xələflər və sələflər” kompleksi yaradılacaqdır отключены

     

    Şəhərimizdə “Xələflər və sələflər” kompleksinin yaradılması üçün hazırlıq işlərinə başlanılmışdır.

    AMEA-nın Gəncə Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə kompleksin Nizami prospektində inşa ediləcəyini söyləmişdir. Burada dahi Azərbayjan şairi Nizami Gəncəvidən əvvəl və sonra gələn görkəmli mütəfəkkirlərin eyni mövzuya müraciət etdikləri əsərlərin əlyazmaları, eləcə də onların əsərlərinə müraciət edən xarici və yerli yazarların fikirləri toplanaraq nümayiş etdiriləcəkdir.

  • 19Ноя
    Xəbərlər Комментарии к записи “Öz biznes ideyanı yarat və öz biznesinə başla” adlı treninq keçirilmişdir отключены

     

    İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyi gənclər üçün “Öz  ideyanı yarat və öz biznesinə başla” adlı treninq keçirmişdir.

    3 saylı peşə liseyinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən treninqdə iştirakçılarla biznes ideyanın yaradılması, biznes planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması barədə müzakirələr aparılmışdır. Eyni zamanda iqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron portallar və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar barədə ətraflı məlumat verilmişdir.

  • 19Ноя
    Xəbərlər Комментарии к записи Cavad xanın heykəli ucaldılacaqdır отключены

    Yaxın vaxtlarda şəhərimizdə Gəncənin sonuncu xanı — Cavad xanın  heykəli ucaldılacaqdır. Azərbaycanın, eləcə də Gəncənin tarixində mühüm rol oynamış bu cəsur insanın obrazı at belində canlandırılacaqdır. Heykəlin qoyulacağı yerdə dairəvi yolun çəkilişi nəzərdə tutulmuşdur. Bu da səbəbsiz deyil. Belə ki, Qərb tərəfdən gələn avtomaşınlar heykəlin ətrafında dövrə vurduqdan sonra şəhərə daxil olacaqlar. 14 metr hündürlükdə olması nəzərdə tutulan abidənin təxminən bir kilometr məsafədən görünməsi mümkün olacaqdır. Heykəlin “Quru qobu” adlanan ərazidə qoyulmasının əsas səbəbi isə xalq qəhrəmanının burda rus qoşunları ilə qeyri-bərabər döyüşdə şəhid olmasıdır.

  • 19Ноя
    Xəbərlər Комментарии к записи Daha 30 avtobus alınacaqdır отключены

     

    Şəhərimizdəki uzun məsafəli 26 saylı marşrut xətti yeni avtobuslarla təmin edilmişdir.

    Bu barədə məlumat verən “Simurq” məhdud məsuliyyətli cəmiyyətin icraçı direktoru Sabit Bağırov demişdir ki, sərnişinlərin sıxlığı nəzərə alınaraq Cənubi Koreyadan alınmış  9 ədəd orta tutumlu “Hyunday” markalı avtobuslar həmin xəttə buraxılmışdır. Yaxın vaxtlarda digər marşrut xətlərində işləyən avtobusların yeniləndirilməsi üçün daha 30 ədəd avtobusun alınması nəzərdə tutulmuşdur.

Страница 271 из 272« Первая...102030...268269270271272